Azərbaycanlı müğənninin klip təqdimatı etirazla qarşılandı

Son güncelleme: 01.07.2010 11:24
  • noimage



    İyunun 29-da Bakıdak əyləncə məkanlarının birində gənc müğənni Günel Məhərrəmova klip və albom təqdimatını keçirib.

    Lent.az-ın məlumatına görə, təqdimat qalmaqalla yadda qalıb. Belə ki, saat 14:00-da başlanmalı olan tədbir saat yarım gecikib. Bu isə jurnalistlərin etirazına səbəb olub. Onlardan üzr istəməyə çalışan müğənniyə etiraz əlaməti olaraq jurnalistlərin bir qismi məkanı tərk edib. Müğənni qalan mətbuat işçiləri ilə tədbiri başa vurub.

    Qeyd edək ki, Günel Məhərrəmova "Sevmərəm" adlı albomunu təqdim edib. Tədbirdə "Yalan" və "Sevmərəm" mahnılarına çəkilən klip də nümayiş olunub. Təqdimat mərasimində Gülyaz Məmmədova, Elza Seyidcahan, Səidə Sultan, Rüfət Axundov və digər incəsənət adamları iştirak edib.

    Lalə Yusifqızı
#01.07.2010 11:24 0 0 0