Vətən sənə oğul dedi - Ramil Səfərov

Son güncelleme: 01.07.2010 12:17
  • Niftəli Göyçalının Kitabı


    XİTAB
    Əlli milyon Azəri türk, ey bir kökün budaqları!
    Unutma bu həqiqəti-özünü dərk elə barı!
    Olsa əgər ürəyində kimliyinin nişanəsi,
    O vaxt səni məqamına çağıracaq bir haqq səsi.
    Səni əzib zaman-zaman parçalayan məhv eləyən
    Çəkinəcək əməlindən, birliyini görsə düşmən!..

    Ön söz
    Hər bir xalqın, millətin ərazi və dövlətçiliyinin qorunması uğurunda mubarizə tarixində qəhrəmanlar meydana çıxmış, xalq isə həmin qəhrəmanları öz qəlbin-də yaşadaraq gələcək nəsillərə nümunə göstərmişdir. Eyni zamanda, xalq tərəfindən qəhrəmanlar haqqında bədii təfəkkürdən qayaqlanan dastanlar, şeirlər yara-dılaraq vətənpərvərlik, yüksək bəşəri keyfiyyətləri özün-də əks etdirən zərb məsəllər deyilmişdir Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun vətənpərvərliyi, xalqına və dövlətinə olan yüksək məhəbbətini əks etdirən "Vətən sənə oğul dedi" poeması da yuxarıda bəhs etdiyimiz movzuya aid bir əsərdir. Mən Allahın yaratdığı və bəşəriyyətə buyurduğu qanunlara istinad edərək hər cür zorakılığın, irticanın əleyhinəyəm, odur ki, Ramillə Aşotun arasında baş verən faciənin səbəbini nəhəg döv-lətlərin millətçi siyasətlərində görürəm. Hər iki böyük gənc imperialist siyasətin qurbanlarıdır əsərdə həmin siyasətin mənbələrini, yeri gəldikcə mahiyyətini açmaq üçün bədii-fəlsəfi məqamlara müraciət etmişəm
    XX əsrin əvvəlində olduğu kimi, sonunda da Azər-baycan xalqı arxasında Şimal və Qərbin irtica qüvvə-lərinin durduğu erməni daşnakları tərəfindən ərazilərinin işğalına, soyqırıma məruz qaldı: nəticədə 20 faiz tor-paqları zəbt edildi, 42 min Şəhid əsgərləri döyüşlərdə qəhrəmancasına həlak oldu. Azərbaycan xalqı "Qarabağ savaşı" adlanan müharibəni təkbaşına aparırdısa, erməni qəsbkarlarına bu işğalçı muharibədə dünyanın xaçpərəst aləmi hər cəhətdən yardımlar edirdi: muzdlu qatillər, döyüş texnikası, hərbi sursat təminatı təşkil olunurdu. Bu yardımlara baxmayaraq, daşnaklar açıq döyüşlərdə hər vaxt məğlub olurdular və Şimalın hərbi hissələri dolayı yollarla döyüşlərə müdaxilə etdikdən sonra vəziyyət onların xeyirinə dəyişirdi
    Sovetlər birliyi dağıdıldıqdan sonra Rusiyada haki-miyyətə gələn qüvvələr Azərbaycana qarşı çox qəddar bir münasibətdə oldular. Öz çirkin niy-yətlərinə çatmaq üçün hər cür vasitələrə əl atdılar, daxildə casusçuluq fəaliyyətilə üzdə olan vəzifə adamlarını daima bir-birlərinə qarşı qoydular. Etnik qruplar arasında təxribatlar törətmək istəsələr də, lakin Azərbaycan xalqı ayıqlıq göstərib bu təhlükəni dəf etdi Azərbaycan: şimal, cənub, qərb bölgə-lərinə parçalanmaq kim təhlükəylə qarşılaşdığı bir ərəfədə Azərbaycan xalqı Heydər Əliyevin ətrafında birləşib ərazi bütövlüyünü və dövlətçiliyini qoruya bildi. Qarabağ muharibəsi uzandıqca hər iki tərəf çoxsaylı qurban verirdi, nə qədər gənc insan öz həyatı ilə vidalaşmalı olurdu. Erməni tərəfi də bilirdi ki, müharibə onların istəyincə deyil, nəhəng dövlətlərin mürtəce qüvvələrinin istəyincədir və çoxsaylı erməni anaları da Heydər Əliyevə dəfələrlə bu qırğından yayın-maq üçün yollar tapmasını xahiş edirdilər. Heydər Əliyev çox gərgin fəaliyyətilə və Sovetlər zamanında, hələ Sovet dövlətinin ali qurumunda yüksək vəzifələrdə işlədiyi zamanlarda qazandığı nüfuzunun sayəsində "Atəşkəs" sazişinə nail ola bildi. Bu o demək idi ki, Şimal və Qərbin nüfuz üstünlüyü uğrnda tükənmək bitməyən mübarizəsi şəraitində istər Azərbaycan, istərsə də erməni gənclərinin küllü miqdarda bir daha məhvinin qarşısı alındı
    Qafqaz nəhəng dövlətlərin iqtisadi-siyasi maraqları məngənəsində uzun illərdir ki, çabalayır və əsasən ABŞ-la Rusiya bu regionda üstünlüyü ələ keçirmək uğurunda mübarizəni hələ də davam etdirirlər Azzərbaycan nefti burada başlıca rol oynayır. Qeyd edək ki, Azərbaycan dövləti "Əsrin müqaviləsi" adlı beynəlxalq sənəddə nəhəng dövlətlərin maraqlarını balanslaşdıra bilsə də, lakin irtica qüvvələr hələlik düçmənçilik və vəhşi millətçilik ocaqları yarat-maqdan əl çəkmirlər, hər hansı sülhə nail olmağa maneələr yaradırlar: onlar bu cür vəziyyətdən istifadə edərək maddi gəlirəldə edə bilirlərAzər-baycan dövləti iyirmi ildir ki, Beynəlxalq təşki-latlarda, yüksək səviyyəli yığıncaqlarda mütamadi olaraq öz beynəlxalq hüquqlarını müdafiə etməklə ədalətli sülhə nail olmaq uğurunda mübarizə aparır.
    Gün o gün olsun ki, torpaqlarımız azad olsur, haqq-ədalət Ulu Tanrının köməyilə bərqərar olsun! Amin!..

    Qürbət eldə cəsur, igid
    Məhbəsdə bir gəncimiz var.
    Oğul deyə qalıb nalan,
    Ana gözü həsrət, ağlar.

    Ramil ilə Azərbaycan
    Sevgisinə dünya heyran,
    Bayrağına oldu qurban,
    Bu tarixdir- daim yaşar.

    O, ədalət, haqqı sevən,
    Türk oğludur yenilməyən,
    İçində Tanrıya güvən,
    Mərdanəlik, var iftixar.

    Millətinə məhəbbəti,
    Uca oldu, məğrur, qəti,
    Çəkdi Vətən, xalq qeyrəti,
    Təəssübünü bildi vüqar.

    Sağ olsun, yaşasın Vətən!
    Uğurunda vardır ölən,
    Öz felinə bir gün düşmən
    Düşəcək, qalacaq naçar!
#01.07.2010 12:17 0 0 0