"Eurovision-2010" yarışmasında "Drip drop" mahnısıyla 5-ci yeri tutan Səfurə Əlizadə Türkiyədə keçirilən Beynəlxalq Musiqi Festivalına qatılıb.
Gənc müğənni səfər çərçivəsində Türkiyənin ATV kanalında yayımlanan Dəfnə Samyelinin "Hər şey bambaşqa" proqramının qonağı olub.
Lent.az-ın "ensonhaber.com" saytına istinadən verdiyi məlumata görə, müğənninin Azərbaycan, türk və ingilis dilində söylədiyi mahnılar böyük maraqla qarşılanıb.
Gözəl səsi, görünüşü və hərəkətləri ilə hər kəsin diqqətini üzərinə cəlb edən Səfurə verilişin aparıcısı Dəfnə Samyelini kölgədə qoyub.