Şumerlər

Son güncelleme: 24.10.2013 19:20
  • Şumerlər Haqqında

    Şumerlər e. ə 3500-2000 illərdə Mesopotamiyada yaşayaraq böyük mədəni irsin əsasını qoymuş xalqdır. Qədim Şərq fəlsəfəsinin formalaşdırılması və istiqamətləndirilməsi də məhz Şumerlərlə əlaqələndirilir.
    Yazı, dil, mifologiya riyaziyyat, tibb, astronomiya, fal, sehr kimi sahələri inkişaf etidrən Şumerlər Mesopotamiyada yaşayan digər qövmlərin və ümumilikdə İkiçayarası mədəniyyətinin formalaşmasına böyük təsir etmişlər.
    Məşhur " Yaradılış" və "Tufan" mifləri də Şumer mədəniyyətinin göstəricisidir.Şumerlərin .tarixdə 21'i böyük olmaqla 35 şəhər dövlətinin mövcud olması haqqında məlumatlar var. Kiş, Nippur, Zabalam, Umma, Lagaş, Eridu, Uruk, Ur buna misal ola bilər.
    Şumer şəhərlərindən olan Babil isə Mesopotamiyanın cənubunda Dəclə və Fərat çayları arasında Müasir Bağdadın Bəsrə körfəzinə qədər olan bölgəsində yerləşirdi.
    Şumerlərdən öncədə mövcud olan İkiçayarası mədəniyyətinin yaradıcıları ərazidə şumerlərdəndə öncə e. ə 4000-2350 illəri arasında yaşamış şumercə danışmayan Sami olmayan Proto- Fəratlılar və ya Ubaidlilər idilər.
    Ubaid adı Əl-Ubaid şəhərindəki arxeolji qazıntiların nəticələrinə uyğunlaşdırılaraq işlədilir. Ubaid mədəniyyəti Mesopotamiyada qurulan ilk mədəniyyət hesab olunur. Daha sonradan əraziyə Sami xalqları köç etmiş Ubaidlilərlə birlikdə qaynayıb -qarışaraq ortaq mədəniyyət yaratmışlar.
    Fərziyyələrə görə şumerlilər e. ə 3300 illərdə Anadoludan və ya Altaydan İkiçayarasına köç etmişlər. e.ə 3-cü minillikdə isə Mesopotamiyada artıq 12 şumer şəhər dövlətinin əsası qoyulmuşdu. Bundan dövrdən sonra Mesopotamiyanın cənubu ümumi başlıqla Şumerlərin ölkəsi adlandırılmağa başlandı.
    Şumer şəhər dövlətlərinin hər birinin ətrafı qala divarları ilə əhatə olunmuşdu. Həmçinin hər şəhərin ibadətgahı mövcud idi. Tarixdə ilk dəfə Şumerlərdə hökmdar siyahıları mövcudluğu haqda məlumat vardır. (Şumer hökmdarlarının siyahısında Tufan'dan öncə 8 şumer hökmdarının adı var)
    Siyahıya görə Tufandan sonra ilk Şumer xanədanları Kiş, Uruq və Ur'dur. Məşhur Gilgamış dastanının qəhrəmanı Gilgamış bu siyahıya görə Uruk hökmdarı kimi göstərilir. Lagaş hakimi Ur-Nanşe isə inşa etdirdiyi tikililərlə daha çox nəzərə çarpir. Urukagina isə ilk yazılı reformların səbəbkarı hesab olunur.
    İlkin mərhələdə şumer cəmiyyəti Matriarxal ( Ana Xaqanlığı )cəmiyyət hesab olunurdu. Cəmiyyətdə əmək bölgüsü mövcud idi. Bundan əlavə şumerlərdə sosial təbəqələşmə ierarxiya da vardı:
    1. Din adamları və əsgərlər
    2. Xalq
    3. Qullar
    Mütəmadi davam edən müharbələr nəticəsində sıravi xalqdan hər kəs istənilən an qula çevrilə bilərdi. E.ə 3000-2500 illərdə ali ruhanilərdən ibarət hakim siniflər, dini mənşəyə dayanan şəhər dövlətlərinin idarəetməsini ələ keçirdilər.
    Bu tərz hökmdar ruhanilər dini və siyasi hakimiyyəti həyata keçirirdilər. Şəhərin baş ruhanisi eyni zamanda həmin şəhərin hökmdarı olurdu.
    Erkən dövrlərdə Şumerlərdə baş allah An və ya Anu hesab olunur. Ancaq daha sonra Enlil baş Şumer Allahı mövqeyini tutur.. Enlil'in Nippur'da Ekur adında baş ibadətgahı da mövcud idi . Məhz bu səbəbdəndir ki, Nippur Şumerlərin dini paytaxtı, mərkəzi hesab olunurdu. Şumer dinində hiss edilən hər bir əşyanın Tanrısı var idi. Şumer tanrıları insan görünüşlü lakin fövqəl təbii güclərə malik ölümsüz varlıqlar idi. Şumer mifalogiyasında Gilqamiş Dastanında şumer tanrılarının ierarxiyası göstərilir:
    Anu və ya An: Səma tanrısı və baş allah idi. Sonra yerinin oğlu Enlilə güzəştə getməli olmuşdu.
    Enlil : Hava tanrısı, tanrıların atası ibadətgahı Epur Nippurda idi.
    Enki: Müdriklik tanrısı
    Nimmah (Ninhursag): Ulu xanım, ana-tanrıça
    Nanna (Sin): Ay tanrısı
    Utu (Şamaş): Güneş tanrısı, ay tanrısı Nanna'nın oğlu.
    Ecem (Kueen) : Kraliça, Soylular tanrıçası.
    İnanna (İştar): Eşq və Bərəkət Tanrıçası
    Politeist inanca sahib Şumerlərin ibadətgahları Zikkurat adlanırdı. Zikkuratlar 3 əsas bölmədən ibarət 7 mərtəbəli tikililər idi. Aşağı mərtəbələr ərzaq anbarı, orta mərtəbələr məktəb və ibadətgah, üst mərtəbələr isə rəsədxana olaraq istifadə olunurdu.Yazının icadı da məhz Zikkuratlardakı ibadətgah məktəbləri ilə əlaqəlidir. Mesopotamiyada evlər və ibadətgahlar daş az olduğu üçün çiy kərpicdən tikilirdi. Buna görədə istilalara məruz qalan Şumer abidələri günümüzə gəlib çata bilməmişdir.
    Tufan'dan sonra bəzi şəhər dövlətlər daha zəif olanlar üzərində hakimiyyət dairəsini genişləndirməyə başladılar. E. ə 2800 ildə Kiş kralı Etana hakimiyyət dairəsini artıran ilk Şumer hökmdarı oldu. Kiş, Erek, Ur, Lagaş uzun müddət hakimiyyət uğrunda bir-biri ilə mübarizə apardılar. Nəticədə Şumer dövlətləri xarici düşmənlərə qarşı mübarizədə məğlub olmağa başladılar.
    E.ə 2530-2450 illərdə Elamlar, sonra isə Sarqonun (e. ə 2334-2279) rəhbərliyi ilə Akkadlar Şumerə hücum etdilər. Təqribən 1 əsrə yaxın Sarqon və vəliəhdləri Şumerləri idarə etdilər. Sarqon bütün Şumer şəhər dövlətlərini öz hakimiyyəti altında birləşdirdi. Akkadlar tərəfindən ələ keçirilən Şumer dövlətləri daha sonradan ilkin qüdrətini bərpa edə bilmədi.
    Beləki, e. ə 2000-ci illərdə Şumerlər sivilizasiya olaraq artıq müstəqil kimliklə yaşamağa qadir deyildi. Lakin sonradan formalaşan Akkad və Babil mədəni irsi Şumer sivilizasiyasının izlərini daşıyırdı.
    Şumer mifologiyası Finikiya, Yunan, Roma mədəniyyətinin formalaşmasına da təsir etmişdir. B.e.ə. XIV əsrdə Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və bölgəni özündən asılı vəziyyətə saldı.
    Aşağı Mesopotamiyada yerləşən Uruq, Laqaş, Eridu, Ur, Kiş kimi şəhər dövlətlərinin hamısında inkişaf etmiş şəhərsalma planlaşdırması mövcud idi. Qüsursuz suvarma sistemi, kanallar, su anbarları, bəndlər tikilir, kənd təsərrüfatının inkişafına şərait yaradılmışdı. Şumerlər həmçinin təkəri icad edən cəmiyyət olaraq əkinçiliyi də inkişaf etdirmişdilər. Əkin əraziləri öküzlərə bağlı kotanlarla şumlanırdı.
    Şumerlərdə ay 30, il 360 gün olaraq hesablanırdı. Hər ildə 12 ay var idi. Gecə və gündüz 12 saata bölünürdü. Dünyada ilk dəfə ay ili hesabına dayana təqvim Şumer təqvimi idi. Şumerlərdə həmçinin günəş saatı da icad olunmuşdu. Şumerlər Cəbr və Həndəsənin əsasını qoyaraq vurma və bölmə cədvəlini, 4 riyazi əməli kəşf etmişdilər. Onlar dairənin 360 dərəcə olduğunu da bilirdilər.
    Şumerdə astronomiya da güclü inkişaf etmişdi. Onlar bürclərə görə il bölgüsündən xəbərdar idilər. Şumerlər e. ə 3200 ildə ilk yazını kəşf etdilər. Mixi yazıları həmçinin müəyyən fikri ifadə etdiyi üçün ideoqram adlandırılmışdır.
    Şumer dili Hind -Avropa və Sami köklü dillərlə qohum olan dil hesab olunur. Bu dilin bəzi xüsusiyyətləri Ural - Altay dillərinə banzəyir. Bir çox araşdırmalara görə şumer dilinin Hind - Avropa Dil ailəsinə sonradan əlavə edilən Yapon, Koreya, Monqol və Türk dili ilə yaxınlığı mövcuddur.
    Şumer dilinin türk dili ilə yaxınlığını araşdıran tədqiqatçılardan bəziləri Şumercə və türkcənin qohum dillər olduğunu iddia edirlər. Hətta Atatürk də bu mövzuyla bağlı "Türk tarih tez"ində şumerlərin türk olduğunu iddia etmişdir.
    Tarixdə ilk dəfə hüquqi qayda- qanun sistemi Şumerlərdə tətbiq olunduğu üçün Şumer dövlətlərini dünyanın ilk hüquq dövləti hesab etmək olar.
    Lagas Hökmdarı Urukagine tərəfindən yaradılan ilk yazılı qanunlar sistemləşdirilmiş şəkildə idi.
    Şumerlərin ən əhəmiyyətli ədəbi irsi; Gilgamış Dastanı, Yaradılış Dastanı və Tufan Hekayəsidir.
    Şumerlər öz ölkələrini Kengir, dillərini Emegir, özlərini isə Sag-giga adlandırırdılar
#07.07.2010 11:38 0 0 0
  • ////////////////////
#24.10.2013 19:20 0 0 0