İsti gecələrdə yata bilməyənlər üçün...
Yayda gec qaralan hava və tezdən doğan günəş, gecə gec yatmaq, həddindən artıq istilər, səs-küy və ağcaqanad kimi bəzi səbəblər yuxuya getməyi çətinləşdirir. Azalan yuxumuz da səhərlər bizə yorğunluq gətirir. Əslində sadədir, amma bəzi tədbirlər görməklə həddindən artıq isti havada gözəl yatmaq mümkündür!
Araşdırmalara görə qış aylarında doqquz saata çatan yuxu müddəti qısalır, yayda isə yeddi saata qədər düşür.
Yatmaq vaxtına və müddətinə diqqət edin:
Uyğun saatlarda yatmaq və oyanmaq keyfiyyətli bir yuxunun ilk şərtidir. Bu səbəblə yuxunuz gələndə yatmağa və oyanmaq lazım olan saatda da oyanmağa diqqət edin.
Otaq istiliyini nizamlayın:
Normal bir yuxu üçün otaq istiliyi 18 - 22 dərəcə arasında olmalıdır. Səssiz işləyən bir kondisioner sizin gözəl yuxuya getməyiniz üçün şərait yaradacaq, və şüşə açılmadığı üçün səs-küy, ağcaqanad riski də azalar.
Yatağınız və yastığınız rahat olsun:
Yatağınızın yaz - qış fəsli növləri varsa, mövsümə uyğun olanından istifadə edin. Yataq dəstlərinizin tər tuta bilən, yəni pambıqlı olmasına da diqqət yetirin. Köhnəlmiş bir yataqda yatmaq da yuxunun keyfiyyətinə mənfi təsir edir. Buna görə yatağınızın ortası çuxurlaşmış və telləri çıxıbsa, yeniləməyə laqeyd yanaşmayın.
Yataq otağını qonaq otağı kimi sitifadə etməyin:
Gecə oyanmağınıza gətirib çıxarmasın deyə, yataq otağınızda televiziya izləməyin və kompüter istifadə etməyin. Yatmamışdan əvvəl zehninizi istirahət etdirən bir kitab oxumaq yuxuya getməyinizi asanlaşdırar.
Otağınızın havasını dəyişdirin:
Otağınızın havasını yatmamışdan əvvəl dəyişin. Bu cür otaqda yuxuya getmək daha asandır.
Çoxlu su için:
Yuxusuz gecələrə son vermək üçün gündə üç litrə yaxın su için. Bunu yatmamışdan 1 - 2 saat əvvəl edin. Beləliklə gecə su istəyiniz daha az olacaq və tualetə getmək ehtiyacınız azalacaq.
Axşam yüngül yeməklər yeyin:
Axşam yeməyiniz həddindən artıq mədənizi narahat edərək yuxunuza mane olur. Buna görə yüngül yeməkləri seçin. Yatmamışdan 1-2 saat əvvəl yemək yeməyin.
İlıq duş qəbul edin:
Yatmamışdan əvvəl ilıq bir duş qəbul edin. İlıq su bədən istiliyini azaldır. Bunun nəticəsində də rahat yatacaqsınız. Suyun istiliyinin çox isti, ya da çox soyuq olmamasına diqqət edin, yoxsa bu yuxuya getməyinizi çətinləşdirər.
Siqaret çəkməyin:
Siqaret də yuxunu pozan əhəmiyyətli faktorlardandır.