Rəssamlıq insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə bölüşməyin ən maraqlı,ən gözəl yoludur.Azərbaycanın hansı rəssamlarını və o rəssamların hansı əsərlərini bilirsiniz,görmüsünüz? Və sizdə böyük təəssürat yaradan ,ən çox sevdiyiniz rəsm əsəri barədə hisslərinizi bölüşün.Həmin əsəri bizim üçün izah etməyə çalışın . O əsərə sizi bu qədər bağlayan nə olur ki ona baxanda zövq alırsınız? Nə vaxtsa hansısa dəyərli bir rəsm əsərinə pul xərcləmisinizmi və buna dəyərmi? Aranızda rəssamlıq qabiliyyəti olanlar varmı və rəsmi çəkərkən,yaradarkən hansı hissləri keçirirsiniz?
Rəssam, qrafik olan Səttar Bəhlulzadə 1909 cu ildə dekabr ayının 15-də Bakının Əmircan qəsəbəsində anadan olub. 1927-1931 ci illərdə Azərbaycan İncəsənət texnikomunda təhsil alıb. Səttar Bəhlulzadə 1931-1933-cü illərdə Ə.Əzimzadənin rəhbərliyi altında "Kommunist" qəzetində rəssam-karikaturaçı vəzifəsində çalışmışdır. Sonra isə o, 1933-1940-cı illərdə V.İ. Surikova adına Moskva Dövlət İncəsənət Universitetində təhsil almışdır. O, dünya şöhrətli rəssamlar V.A.Farovski və Q.M. Şeqalın tələbəsi olmuşdur.
O, boyakarlıq sənətində mənzərə janrının yaradıcısı kimi tanınır. Bəhlulzadənin əsərləri daha çox tarixi mövzulardadır və tarixi şəxsiyyətlərin portlərindən ibarətdir. Məs: "Fətəli xan", "Babək üsyanı" və s. O həm də əsl təbiət aşiqi idi. Əsərlərindən də hiss olunur Səttarın təbiətə vurğunluğu.
Onun bir çox ölkələrdə (Praqa, Əlcəzair, Misir, Livan, Suriya, Norveç, Almanya, Tunis, Çexiya, Bolqarıstan, Macarıstan, Kanada, Belçika, Fransa, İraq, Kuba, Rumıniya, Yaponiya və s. ) sərgiləri keçirilmişdir.
Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Azərbaycan Xalq Rəssamı (1963), Dövlət mükafatı laureatı (1973), boyakarlıq sənətimizdə mənzərə janrının yaradıcılarından biri Səttar Bəhlulzadə bunlardan əlavə bir çox ordenlərə, mükafatlara, adlara sahibdir.
O, 1974-cü ildə Moskva şəhərində vəfat etmiş və Bakının Əmircan qəsəbəsində dəfn olinmuşdur. Onun işləri Azərbaycanda, Rusiyada və digə xarici ölkələrdə saxlanılır.
Tahir Salahovun heyati
Salahov Tahir Teymur oglu-su, 1928ci ilde Bakida dogulmusdur
1945-ci ilde Bakida Ezimzade adina ressamliq kollecinde oxumusdur...1951-57 ci illerde Moskva dovlet Ressamliq universitetini bitirmisdir.
. Salahov erkən tanınma uddu: onun diplom işi, Moskva ümumittifaq Bədii Sərgisində 1957-ci ildə meydana çıxmış və ictimaini və kritiyi qəbul etmiş onun ata si Teymur Salahov-u Stalinin cəza tədbirinin qurbanı olmuşdu, 1937-ci ildə həbs edilmisdir.... Salahovun . Salahov ziddiyyət təşkil etməyi qənaət edən palitrası qırmızılığını seçdi, qara, işıq və tünd boz tonlar və rəngləmiş düzənliklərə dekorativ funksiya verdi.Onun sonrakı işləri, daha sülh, lirik mücərrəd və Şərqi təsirlər daha aşkardır.... Salahov yaradiciliginda onun portereserleri boyuk ugur getirmisdir....onlara misal "anamin portreti", "aydan",taninmis insanlardan ise "Qara Qarayev","Mirze Elekber Sabir"," Fikret Emirov ", "Resul Rza", ve.s gostermek olar
Salahov 1960-61ci illerde Azerbaycan ressamlar birliyinde katib vezifesinde calismisdir. 1963-74cu illerde Azerbaycan dovlet Incesenet universitetinde ders demisdir.1984-92 ci illerde Moskvadovlet universitetinin bedii yaradicilig kafedrasinin muduru vezifesinde calismisdir.1973-92 ci illerde CCCP ressamlar birliyinde birinci katib vezifesinde calismisdir.ve 1997ci ilde Rus ressamliq akademiyasinin vitse prezidenti secilmisdir....Onun eserleri azerbaycanda Rusiyada ukrainada ve elecede dunyanin bir cox olkelerinde sergilenmisdir
Salahov oz zengin yaradiciligina gore 1965-70ci illerde Azerbaycan dovlet mukafati ile....1968ci ilde CCCP dovet mukafati ile...Lenin ordeni ile....Azerbaycan istiqlal ordeni ile...elecede dunyanin bir cox olkelerinde yuksek mukafatlarla teltif edilmisdir....
Böyükağa Mirzəzadə
Xalq Rəssamı, Dövlət Mükafatı laureatı, Azərbaycan respublikasının Prezidentin Fərdi təqaüdçüsü, "Şöhrət" ordeni ilə təltif edilmiş, mənzərə, natürmort və portret ustası olan, professor Böyükağa Mirzəzadə. Onun rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Böyükağa Mirzəzadə 1921-ci ildə Bakı şəhərində dünyaya gəlib. O, Bakı Rəssamlıq Texnikumunda təhsil almış, sonra isə Moskvada Ali Rəssamlıq Məktəbinə qəbul olunmuşdu. 1940- cı illərdə baş vermiş müharibə onuntəhsilinin yarımçıq qalmasına səbəb oldu. O, sonralar, ali təhsilini Azərbaycan İncəsənət İnstitutunda başa vurdu. Böyükağa Mirzəzadə əmək fəaliyyətinə ilk sənət təhsili aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində başlayıb. Daha sonra o, Azərbaycan İncəsənət İnstitutunda müəllim, dosent, professor və kafedra müdiri kimi işləyib. O, son illər Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. O, həmdə teatırla sıx-sıx əlaqədə idi. Demək olar ki, B. Mirzəzadə, hətta teatr rəssamı idi. Onun yetirdiyi neçə-neçə tələbələri Azərbaycanın məşhur rəssamlarıdır.
Portret janrının ustalarından biri olan Böyükağa Mirzəzadənin dəfələrlə fərdi sərgisi keçirilmişdir.
Milli rəssamlıq sənətimizin inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarın əsərləri indi nəinki Azərbaycanın, eləcədə dünyanın məşhur muzeylərində qorunub saxlanılır.