Tarixde Bugün - 14 iyul

Son güncelleme:
  • 14 iyul. İlin sonuna 170 gün qalır.

    1683. Osmanlı qoşunu Vyananı ikinci dəfə mühasirəyə alıb

    1789. Xalq kütlələri Parisin mərkəzindəki mütləqiyyət simvolu olan Bastilya qalasını ələ keçirib. Bu hadisə Böyük Fransa İnqilabının başlanğıcı hesab edilir və hər il bayram kimi qeyd edilir

    1896. Nijni Novqorodda ilk rus avtomobili təqdim edilib

    1913. ABŞ prezidenti Gerald Ford anadan olub

    1917. Finlandiya muxtariyyət əldə edib

    1918. Azərbaycan ordusu Karrar stansiyasını (Kürdəmir) bolşevik daşnak qoşunundan azad edib

    1920. Azərbaycan İnqilab Komitəsi Bakı Universitetinin müəllim və professor heyətini hərbi səfərbərlikdən azad edib

    1933. Sovet ekspedisiyası "Çelyuskin" gəmisi ilə Arktikaya yola düşüb

    1952. "General Motors" kütləvi istehsal olunan avtomobillərdə kondisioner quraşdırmağa rəsmən start verib

    1956. SSRİ Ali Soveti "Pensiyalar haqqında qanun" qəbul edib

    1958. İraqda dövlət çevrilişi baş verib, kral II Faysal və baş nazir Nuri Səid paşa öldürülüb

    1961. Xalq artisti Əzizə Məmmədova vəfat edib

    1968. SSRİ və ABŞ arasında kommersiya uçuşları başlayıb

    1990. Qorbaçov "Sovet televiziyalarının demokratikləşdirilməsi haqqında" fərman verib

    1992. Azərbaycan Mülki Aviasiya haqqında Beynəlxalq Konvensiyaya qoşulub

    2005. Vyanada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında polis fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
0 0 0