Limonla gözəlləşin

Son güncelleme: 20.07.2010 11:55
  • Limonun Faydaları - Limonun Təsiri

    Yeməklərinizi dadlandırmaq üçün istifadə etdiyiniz limonu duş və gözəllik üçün də istifadə edə bilərsiniz.

    Dırnaqlara parlaqlıq qazandırar...

    İsti havalarda dırnaqlarınızı 10 dəqiqə boyunca limon suyunda gözlədin. Əllərinizi limon suyuyla sabunlayırmış kimi ovuşturun. Ağ sirkə, isti su qarışığı ilə fırçalayın. Daha sonra əllərinizi yaxşıca qurulayın.

    Dəridə yaranan ləkələri yox edər...

    Yatmadan əvvəl limon suyu ilə əllərinizi və üzünüzü yaxşıca ovuşturun. Səhər ilıq suyla əllərinizi və üzünüzü qurulayın. Qara ləkələrin itməsi üçün bu əməliyyatı nizamlı olaraq hər axşam etməniz tövsiyə edilir.



    Saçlarınızı gücləndirər...

    Tökülən və cansızlaşan saçlarınızı yenidən canladırmak və parlaqlıq qazandırmaq üçün 3/4 fincan zeytun yağı, 1/2 fincan bal və aşağı yuxarı 3 yemək qaşığı limon suyunu qarışdırın. Saçlarınızı suyla durulayın, dəsmalla qurulayın və daha sonra az bir qarışığı daraqla saçlarınıza yeridin. Daha sonra saçlarınızı yarım saat bağlayıb gözləyin. Daha sonra şampunla saçlarınızı yuyun və ən sonda parlaqlığı görəcəksiniz.

    Gözəl sarı rəng yaradar...

    Bütün saç boyalarına və ağlarına alternativ olaraq 1/4 fincan limon və 3/ 4 su ilə saçınızı durulanın. Limonun saç rənginizi təbii olaraq açması üçün bir az günəşdə gözləyin.

    Nəfəs təzələyicidir...

    Nəfəsiniz pis iy verirsə ağızınıza bir neçə damla limon suyu damladın və udun. Sitrik turşu ağızınızdakı pH səviyyəsini dəyişdirərək pis qoxuya səbəb olan bakteriyaları öldürəcək.

    Rahatlaşdırar...

    Mükəmməl bir duş üçün vannaya dəniz duzu, limon suyu və bibər əlavə edin və bədəninizə istirahət verin...
#20.07.2010 11:55 0 0 0