Vişnə Suyu - Vişnə Suyunun Faydaları - Yuxusuzluğun Dərmanı
Elm adamları, vişnə suyunun həyat keyfiyyətini salan yuxusuzluq probleminə qarşı təsirli olduğunu bildirdi.
İtalyanın "La Stampa" qəzetində nümayiş olunan xəbərə görə, Pensylvania və Rochester Universitetlərində işləyən elm adamları, yuxusuzluqdan əziyyət çəkən 15 gəncə 2 həftə boyu səhər-axşam təxminən 227 qram vişnə suyu verdi.
Tədqiqatçılar, gələn iki həftə boyu isə iştirakçılardan digər meyvə sularından içməklərini istədi. Araşdırmanın nəticəsində əldə edilən məlumatlara görə, iştirakçıların vişnə suyu içdiyi iki həftədə yuxusuzluq əlamətlərində digər həftələrə görə az olduğu müşahidə edildi.
Tədqiqatçılar, bunun, vişnənin suyunun yuxu nizamını təbii bir şəkildə təşkil edən melatonin baxımından zəngin olmasının bir nəticəsini ola biləcəyini ifadə etdi.