Oturub durmaq adətləri - hərəkət və sükut qaydaları

Son güncelleme: 27.07.2010 13:07
  • Ədəb Qaydaları

    Çox yüngül yeriyib tələsməməlidir : bu, yüngüllük və yelbəlinliyə dəlalət edər : çox ağır yeriyib ləngiməməlidir : bu, kəsalət və tənbəlliyə dəlalət edir.Təkəbbürlür adamlar kimi öünü-çəkə-çəkə yeriməməli,arvadlar və ədabazlar kimi özünü burcuda-burcuda irəliləməməli,əllərini yanına sıxmamalı və yellənə-yellənə getməməlidir.Bütün hallarda həddi gözləməlidir.Yeriyəndə çox o ya - bu yana baxmamalıdır,bu , gözüaydınlıq , huşu yerində olmayanların işidir : həmişə başını aşağı salmamalıdır,bu qəmli,kədərli və fikri yerində olmayanların işidir.
    Minməkdə də orta həddi gözləmək lazımdır.Oturmaqda belə edilməməlidir : ayağını uzatmamalı,ayaqlarını bir-birinin üzərinə aşırmamalı,dizi üstə oturmamalı.Başını dizi üstə qoymamalı,əlini dayamamalı, bu , qəm və kədər əlamətidir : Boynunu yana əyməməli,saçı və bədənin başqa üzvü ilə oynamamalı,barmağını ağzə-burnuna soxmamalı,barmaqlarını və bədəninin başqa üzvlərini şaqqıldatmamalıdır.

    Bərkdən əsnəməməli,camaatın qabağından uzanmamalı,adamların yanında burnunun zibilini yerə atmamalı,eləcə də tüpürməməli : çox ehtiyac olduqda elə etməlidir ki,camaat səsini eşitməsin,boş əli,ətəyi ,qolu ilə ağız-burnunu silməməli,çox tüpürməyi adət etməməlidir.Bir məclisə getdikdə öz yerini bilməli,nə yuxarı ,nə də aşağıda oturmamalıdır.Oturan adamın ən böyüyü odursa,harada gəlsə otura bilər,harada otursa , ora məclisin başı hesab edilər.Qərib isə öz yerində oturmasa,başa düşdükdə öz yerinə keçməli,öz yerini tutulmuş görsə,hay-küy qaldırmadan ,ürəyinə bir şey salmadan,usulluca məclisi tərk etməlidir

    Camaat arasında əlindən və üzündən başqa heç yeri açıq olmamalı,böyüklərinin yanında ayağı yalın,dizi cırmaqlı gəzməməli,heç yerdə istər təklikdə,istərsə cütlükdə dizdən göbəyə qədər bədəni açıq görünməməlidir.

    Bir adamın hüzurunda yuxulamamalı,dalı üstə də yatmamalı,xüsusilə xoruldayan olsa,çünki dalı üstə yatmaq xorultunun səsini artırır.Camaat arasında yuxu güc gəlsə,durub gəzməli,mümkün deyilsə bir şey haqqında fikirləşməklə yuxuya qalib gəlməli,mürgüləməməlidir.Əgər camaat içərisində olsa və hamı yatsa,onlara qoşulmalı, ya oradan çıxmalı,yatanlar içində tək oyaq qalmamalı,ümumiyyətlə elə etməli ki,camaatın zəhmətinə və nifrətinə səbəb olmayasan.Heç bir məclisdə heç kəsə yük olmamalıdır.
#27.07.2010 13:07 0 0 0