Almalı Fındıqlı Keks

Son güncelleme:
  • Tərkibi üçün:
    4 yumurta
    1.5 stəkan şəkər tozu
    1 stəkan süd
    1 stəkan yağ
    1 ədəd böyük alma
    1 paket qabartma tozu
    1 çay qaşığı vanil
    1 çay qaşığı darçın
    1 stəkan fındıq və Kifayət qədər un

    Hazırlanması:



    Qabda 4 ədəd yumurtanı çırpın. Üzərinə 1.5 stəkan şəkər tozu əlavə edin və mikserlə qarışdırın. 1 ədəd almanı rəndələyin. Sonra almanı da oraya əlavə edin. Üzərinə 1 stəkan süd, 1 stəkan yağ əlavə edib mikserlə qarışdırmağa davam edin. Üzərinə fındıq əlavə edin. Sonra üzərinə 1 paket qabartma tozu və vanil əlavə edin. Keks qarışığına xəmir olacağına qədər un əlavə edin. Keks qəlibinə keks qarışığını tökün və əvvəlcədən isidilmiş 170 dərəcəlik sobada bişirin. Nuş olsun.
0 0 0