Xatirələrdə yaşayan ömür

Son güncelleme: 07.08.2010 16:52
  • Film Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmova həsr olunub

    "Salnamə" kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən ikinci film artıq təhvil verilib.


    Studiyadan Lent.az-a verilən məlumata görə, film Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmova həsr olunub. "Xatirələrdə yaşayan ömür" adlanan filmin rejissoru Tofiq Məmmədov, ssenari müəllifi İntiqam Hacılı, operatoru Elxan Rüstəmovdur. Film xatirələr üzərində qurulub. Çəkilişləri Bakıda və Gədəbəydə aparılıb.


    Xatırladaq ki, silsilənin "Dostuma məktub" adlanan ilk filmi Azərbaycanın Milli qəhrəmanı, tankçı Albert Aqarunov haqqındadır.

    "Qarabağ qəhrəmanları" silsiləsindən üçüncü film gələn həftə hazır olacaq.


    Xəyalə Muradlı
#07.08.2010 16:52 0 0 0