Türkiyə prezidenti avqustun 16-17-də ölkəmizə gələcək.
Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana rəsmi səfəri avqustun 16-17-də baş tutacaq. Türkiyə prezidentinin ofisindən verilən məlumata görə, səfər proqramı hələ ki tam müəyyənləşməyib.
Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın bildirdiyinə görə, prezident Gül səfər zamanı Azərbaycan tərəfi ilə Dağlıq Qarabağ münaqişəsini və bir sıra ikitərəfli sənədləri müzakirə edəcək.