Tarixdə Bugün - 11 Avqust

Son güncelleme:
  • 11 Avqust.İlin sonuna 142 gün qalır.

    1473. Ağqoyunlu Uzun Həsənin qoşunu ilə Osmanlı hökmdarı Fatih Sultan Mehmedin qoşunu arasında Otluqbeli döyüşündə (Ərzincan) Uzun Həzən məğlub olub.

    1818. Rus ixtiraçı İvan Kulıbin anadan olub.

    1919. ADR parlamenti Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edib.

    1920. Sovet Rusiyası və Litva arasında Riqa sazişi imzalanıb. Sazişə əsasən Rusiya bu ölkənin müstəqilliyini tanıyıb.

    1922. Azərbaycan SSR MİK sədri Səməd ağa Ağamalıoğlu Leninlə görüşündə yeni əlifbaya keçmək sahəsində görülən tədbirlər, respublikanın ictimai, siyasi və iqtisadi vəziyyəti haqqında məlumat verib.

    1929. İran və İraq arasında dostluq sazişi imzalanıb.

    1954. Vyetnam və Fransa arasında sülh sazişi imzalanıb.

    1959. Moskvanın Şeremetyevo aeroportu istismara verilib.

    1960. Çad müstəqilliyini elan edib.

    1973. Şair Zeynal Xəlil vəfat edib.

    1992. Ankarada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq və məsləhətləşmələr haqqında Protokol imzalanıb.

    1993. Ramil Usubov Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin edilib.

    1999. 20-ci əsrdə sonuncu dəfə tam Günəş tutulması baş verib.Tutulma AZərbaycan ərazisində də aydın müşahidə olunub.
0 0 0