Su və torpaq, kollar və ağaclar- bütün bunlar möcüzəli aptekin bölmələridir. Təbiət onun məsləhətlərinə qulaq asan hər kəsin öz cavanlıq və sağlamlıqlarını qoruyub saxlaya bilmələri üçün ecazkar vasitələrə malikdir. Təsadüfi deyil ki, bahalı kosmetik vasitələrin əksəriyyətinin tərkibinə təbii komponentlər daxildir.
Təbiətin bizə bəxş etdiyi bu möcüzəli bitkilərdən öz xeyrimizə istifadə etməyi bacarırıqmı?
Avakado zəifləmiş dərini qidalandırır
Avakado dərinin nəm balansını tənzimləyən, onu qidalandıran və qoruyan dəyərli maddələrə malikdir. Yarım avakadonun əzilmiş meyvəsini 1 çay qaşığı bal və yumurta ilə qarışdırırsan. Alınmış məhlulu üzün dərisinə çəkərək 15 dəqiqə saxladıqdan sonra yuyursan. Dəri hamar, yumşaq, möhkəm və elastik olacaq.
Kəsmikli ballı eliksi- dodaqlar üçün
Bal ilə süd məhsullarının qarışığından hazırlanmış maskalar çatlamış dodaqlar üçün ən təsirli vasitədir. 1 çay qaşığı kəsmiklə balı qarışdıraraq hər yarım saaatdan bir az miqdarda dodaqlara çəkmək lazımdır.
Təmizlik üçün limon pilinqi
Limonun tərkibinə daxil olan aktiv maddələr üzün məsamələrini təmizləyir, dərinin təbii müdafiə qatının əmələ gəlməsinə kömək edir. Limonu qaynar suda fırça ilə yuyaraq qabığını sürtgəcdən keçirib 1 xörək qaşığı isidilmiş zeytun yağı ilə qarışdırırsan. Sıyıq əmələ gələnə qədər çalmaq lazımdır. Zərif dairəvi masaj hərəkətləri ilə üzün dərisinə çəkib ilıq su ilə yaxalayırsan.