“Rubin”in daha bir futbolçusu “Neftçi”də

Son güncelleme:
  • noimage

    İkiqat Rusiya çempionu "Rubin"in daha bir futbolçusu "Neftçi"nin heyətində məşqlərə qoşulub.

    Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Özbəkistan milli komandasının üzvü Vaqif Qaliullindir.

    22 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə "Rubin" klubları arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakıya gəlib. Flaqmanı Rusiyanın ən güclü klubu ilə futbolçu mübadiləsi və digər sahələr üzrə əlaqələr qurub. Məhz bu əməkdaşlıq çərçivəsində "ağ-qaralar" ötən ay "Rubin"dən özbəkistanlı Bahodir Nasimovu transfer edib. Nasimov yoxlama matçları da daxil olmaqla, meydana çıxdığı 6 oyunun hamısında qol vuraraq, "Neftçi"yə yardım göstərə biləcəyini sübuta yetirib.

    Qeyd edək ki, flaqmanın da bir neçə gənc oyunçusunun "Rubin"in düşərgəsinə yollanacağı gündəmdədir.
0 0 0