"Salnamə" kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən üçüncü film artıq hazırdır.
Kinostudiyadan Lent.az-a verilən məlumata görə, növbəti sənədli film Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevə həsr olunub. Sənədli ekran əsərinin rejissoru Vüsalə Mirzəyeva, ssenari müəllifi Fehruz Şamiyev, operatoru Elşən Həsənoğludur.
"Şirin Mirzəyev" adlanan film Milli Qəhrəmanın cəbhə yoldaşları və ailə üzvlərinin xatirələri üzərində qurulub.
Məlumatda o da bildirilib ki, müvafiq silsilənin dördüncü filmi Koroğlu Rəhimov haqqında olacaq.