Tarixdə Bugün - 31 Avqust

Son güncelleme: 31.08.2010 10:11
  • 31 avqust. İlin sonuna 122 gün qalır.

    1876. Osmanlı sultanı V Murad devrilib və onun qardaşı II Əbdülhəmid yeni sultan elan edilib

    1902. Azərbaycanlı maarif xadimi Səfərəli bəy Vəlibəyov vəfat edib

    1957. Malayziya özünün Böyük Britaniyadan müstəqilliyini elan edib

    1968. Cənubi azərbaycanlı yazıçı Səməd Behrəngi naməlum şəraitdə Araz çayında boğulub. Hadisəni SAVAK-ən təşkil etdiyi ehtimal edilir

    1969. Hərbi xunta Braziliyada hakimiyyəti ələ keçirib

    1974. Yunanıstan NATO-dan çıxdığını bəyan edib

    1986. SSRİ-yə məxsus "Admiral Naximov" gəmisinin qara dənizdə tankerlə toqquşması nəticəsində 423 nəfər həlak olub. 1925-ci ildən istismarda olan gəmidə qəza zamanı azərbaycanlı olmayıb

    1991. Özbəkistan və Qırğızıstan müstəqilliklərini elan edib

    1993. Ermənilər Qubadlı rayonunu işğal edib

    1997. İngilis şahzadəsi Diana sevgilisi Dodi əl Fayidlə birgə Parisdə avtomobil qəzasında həlak olub

    2005. Bağdadda Dəclə çayı üzərindəki körpüdə yaranmış basırıq nəticəsində 1200 insan həlak olub

    Günün aforizmi

    "Söyləyən gedəcək, sözü qalacaq,
    Ədalət nağılın el doğduracaq,
    Zülm evi ədlinən bərbad olacaq,
    Səmədi qarşıda görəcək düşmən".

    Səməd Behrəngi
#31.08.2010 10:11 0 0 0