Minimum əməkhaqqı 85 manat oldu

Son güncelleme: 31.08.2010 21:48
  • noimage

    Prezident İlham Əliyev minimum əməkhaqqının artırılması barədə sərəncam imzalayıb.


    Lent.az "Azərtac"a istinadən bildirir ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilir.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

    Xatırladaq ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 75 manatdır.

    Qaynaq: Lent.az
#31.08.2010 21:48 0 0 0