Aygün Namiqin qəlbində həmişə qalacaq

Son güncelleme: 06.09.2010 12:47
  • noimage

    Namiq Qaraçuxurlu Aygün Kazımova ilə münasibətlərinə aydınlıq gətirib. Meyxanaçı bildirib ki, onun tərəfindən Ayğün Kazımovaya qarşı heç bir soyuqluq yoxdur: "Aygün Kazımova münasibətlərimizin soyumasından danışanda öz tərəfindən olan soyuqluğu nəzərdə tutur. Bilirsiniz, mən heç vaxt münasibətlərimizin dərinliklərini açmamışam. Yalnız bir şey deyirəm - o, mənim qəlbimdə həmişə bir dost kimi qalacaq. Ola bilər ki, onun açıqlamalarından sonra kimsə Aygün xanım haqında mənfi, pis şeylər danışmaqla özünü mənim yanımda yaxşı göstərmək istəsin. Amma mən qabaqcadan belə adamlara xəbərdarlıq edirəm ki, belə şeylərə cəhd də göstərməsinlər".

    Namiq Qaraçuxurlunun fikrincə, Aygün Kazımova ilə ayrıldıqdan sonra ona olan tamaşaçı marağı azalmayacaq: "İnsanlar bizim ayrılığımızı müzakirə edir. İndi onlar bizim ifamıza fərqli baxacaqlar - mən nə oxuyuram, Ayğün xanım nə oxuyur, mahnıların sözlərini başqa cür qəbul edəcəklər. Mən nə oxusam, deyəcəklər ki, onun barəsində oxuyuram. O da nə oxusa sözlərdə mənə ünvanlanan müraciət axtaracaqlar".

    Meyxanaçı ANS telekanalındakı "De gəlsin" layihəsinin münsiflər heyətinə qoşulması ilə bağlı məlumatlara aydınlıq gətirib. Onun sözlərinə görə, bu barədə təklifi çoxdan alsa da, hələ layihədə iştirak edib-etməyəcəyi barədə qərar qəbul etməyib.
#06.09.2010 12:47 0 0 0