Gözəllik Mövzusunda Doğru Bilinən Səhvlər

Son güncelleme: 07.09.2010 14:51

  • Gözəllik mövzusunda doğru bildiyimiz o qədər çox səhv var ki.
    İllərdir məşhur bir şəkildə doğru olduğuna inandığımız, halbuki tamamilə səhv olan bəzi məlumatlar:

    Saçları gündə 100 dəfə daramaq, onları daha sağlam edir.
    Səhv - çünki çox daramaq saç tellərinizi zəiflədə bilər.

    Saçları uclarından tez-tez kəsdirmək daha tez uzanmasını təmin edir.
    Səhv - çünki yalnız daha düz görünməsini təmin edər. Saçların daha tez uzanması hormonlarla əlaqədardır.

    Saçları hər gün yumaq onların daha sağlam olmasını təmin edir.
    Səhv - çünki hər gün yumaq saçlarda qırılmalara gətirib çıxarar.

    Şampunu dəyişdirmək saçlarınızı daha sağlam edir.
    Səhv - çünki favorit şampununuz saçlarınızda hər vaxt eyni təsiri göstərər.

    Ağ bir saçı qopardırsansa, o bölgədə daha çox ağ saç çıxır.
    Səhv - çünki hər saç telinin hüceyrəsi ayrıdır. Buna görə də tək bir teli qoparmağın digər saç tellərinə hər hansı bir təsiri olmaz.

    Ənlik sürtmək sızanaqları qurudar.
    Səhv - ənliyin sızanağı qurutduğu müşahidə edilsə də, dərinin hava almasına maneə törətdiyi üçün daha çox sızanaq meydana gəlməsinə səbəb olar.

    Diş pastası, uçuq və sızanaqların qarşısını alır.
    Səhv - uçuq və sızanaqlar üçün, bu mövzuda xüsusi olaraq inkişaf etdirilmiş məhsulları seçməlisiniz.

    Davamlı eyni məhsullar istifadə edilsə dəri alışar və məhsul fəaliyyətini itirər.
    Səhv - çünki hər nə qədər dəriniz zamana, iqlimə və həyat tərzinə bağlı olaraq dəyişikliklər göstərsə də, dəriyə baxım sisteminiz fəaliyyətini itirməz. Sadəcə dərinizin dəyişən ehtiyaclarına uyğun şəkildəki məhsulları seçməkdir.

    Kök yemək, dərini günəş yanığına qarşı qoruyur.
    Səhv - çünki kök tək başına kafi deyil. Amma günəş kremiylə birlikdə istifadə edilsə bürüncləşməyi sürətləndirər.

    Limon suyu, çilləri yox edir.
    Səhv - ayrıca limon suyu onsuz da incə olan dərini korlaya bilər.

    Yağlı cildlərin nəmləndirilməyə ehtiyacı yoxdur.
    Səhv - çünki nəmsiz quruluq və yağsız quruluq ayrı anlayışlardır. Yağlı dəriyə sahib kəslərin də dərilərini nəmləndirmələri, ancaq su əsaslı nəmləndiriciləri seçmələri lazımdır.
#07.09.2010 14:51 0 0 0