Tarixde Bugün - 8 Sentyabr

Son güncelleme: 08.09.2010 00:27
  • 8 sentyabr. İlin sonuna 114 gün qalır.

    1529. Osmanlı ordusu Budapeşti fəth edib

    1636. Harvard Universitetinin təməli qoyulub

    1862. Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanıb

    1937. Türk aktyoru Cüneyt Arkın anadan olub

    1946. Bolqarıstanda monarxiya sona yetib

    1958. Buxarestdə Jurnalistlərin 4-cü Beynəlxalq Konfransında "Beynəlxalq jurnalist həmrəyliyi günü" təsis edilib

    1978. İranda şah əleyhinə çıxışlar zamanı ordu silah tətbiq edir. 122 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. Bu hadisə Pəhləvi rejiminin süqutunu sürətləndirdi

    1991. Azərbaycanda ilk prezident seçkiləri keçirilib. Ayaz Mütəllibov Azərbaycan Respublikasının (Azərbaycan SSR) ilk prezidenti seçilib. Naxçıvan MR ərazisində isə seçki baş tutmayıb

    1991 Tacikistan müstəqilliyini elan edib

    1991 Makedoniya Respublikası müstəqilliyini elan edib

    1998. Bakıda tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilib. "Avropa- Qafqaz-Asiya" dəhlizinin İnkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalanıb

    2006. BMT Baş Məclisi Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnamə qəbul edib

    2009. Göyərtəsində 8 azərbaycanlının olduğu gəmi İstanbul yaxınlığında qayaya çırpılaraq yararsız hala düşüb. Türk sahil mühafizə xidməti göyərtədəkiləri xilas edə bilib.

    2009. İqtisadi islahatların sürətinə görə Azərbaycan "Doing Business 2010" hesabatında 38-ci yerdə qərarlaşıb.

    Günün aforizmi

    "Rusiyadakı təbii sərvətlərin sayı Mendeleyev cədvəlindəki elementlərin sayından daha çoxdur".

    Bolqar lider Todor Jivkov
#08.09.2010 00:27 0 0 0