Tarixde Bugün - 20 Sentyabr

Son güncelleme: 20.09.2010 12:59
  • 20 sentyabr. İlin sonuna 102 gün qalır

    E.ə 480. Yunanlar fars qoşunu üzərində qələbə çalıb
    1187. Səlahəddin Əyyubi Yerusəlimi ələ keçirib
    1519. Ferdinand Magellan dünya səyahətinə başlayıb
    1918. Sovet tarixi elminin iddialarına əsasən 26 Bakı komissarları Türkmənistanda Ağcaqum çölündə güllələnib. Lakin bu fakta şübhə ilə yanaşanlar da az deyil
    1920. İngiltərə və şah istibdadına qarşı 7 apreldə başlanan Xiyabani üsyanı amansızca yatırılıb. Üsyanın lideri Şeyx Məhəmməd Xiyabani qətlə yetirilib
    1922. İtalyan və Fransız qoşunları Çanaqqalada məğlub olub
    1928 Milli Məclisin sabiq sədri Murtuz Ələsgərov anadan olub
    1932. Azərbaycan Milli Şurasının üzvü Aslan bəy Səfikürdski vəfat edib
    1946. İlk Kann festivalı keçirilib
    1951. Türkiyə NATO-ya üzv olub
    1988. Ərk qalasında qılınan cənazə namazından sonra Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar Təbrizin Surhab məhəlləsindəki Məqbərətüş-Şüarada (Şairlər Qəbirstanlığı) dəfn olunub
    1990. Separatçı Cənubi Osetiya respublikası "müstəqilliyini" elan edib. "Müstəqillik" 2008-ci ildə ilk dəfə Rusiya tərəfindən tanınıb
    1993. Azərbaycan Parlamenti MDB-yə üzv olmaq bərədə qərar qəbul edib
    1994. Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) arasında neft müqavilələri (Əsrin müqaviləsi) bağlanıb
    2003. Referendum zamanı Litva əhalisinin 67 faizi Avropa Birliyinə daxil olmağın lehinə səs verib
    2004. Naxçıvanda "Azərbaycanlıların soyqırımı mərkəzi" yaradılıb
#20.09.2010 12:59 0 0 0