Hegeldən Aforizimlər

Son güncelleme: 26.09.2010 13:11
  • Aforizimlər - Hegel - Hegelin Aforizimləri

    noimage

    *Tarix xalqa öyrətmədiklərini öyrədir.

    *Hər bir rəsm əsəri öz dövrünə, öz millətinə və öz mühitinə aiddir.

    *İnsan öz əməllərinin tərənnümüdür.

    *Xarakterli insan digərlərində rəğbət oyadır çünki onlar işlərinin kiminlə olduğunu bilirlər.

    *Nitq - heyranedici güclü vaistədir.Ondan istifadə etmək üçün ağıllı olmaq lazımdır.

    *Tərbiyə insanı sərbəst canlı etmək üçündür məqsəddir.

    *Əxlaq - bu iradənin ağılıdır.

    *Vicdan - yaxşı yolu işıqlandıran mənəvi çıraqdır amma nə vaxt ki, pislik edirlər, onu məhv edirlər.

    *Ağıl ürəksiz yarana bilər, ürək isə ağılsız. Birtərəfli mühakiməsiz ürəklər və rəhmsiz ağıllar mövcuddur.

    *Ancaq böyük hədəflərin həyata keçməsindən sonra insan özündə böyük xarakter aşkar edir.

    *İnsan biliyin sayəsində ölməzdir.Bilik, düşüncə - bu onun həyatının köküdür, onun əbədiliyidiri.

    *İnsan azadlıq üçün tərbiyə olunur.

    *İnsan özünün cənabı olmayınca,təbiətin cənabı olmayacaq

    *Mənim hərəkətimin mənəvi dəyərə malik olması üçün onunla mənim inamım bağlanmış olmalıdır.Cəzadan öncə qorxunun insanı hansısa hərəkətə təhrik etməsi və ya hansısa insanın gözündə yaxşı görünmək üçün gorülən hərəkətlər-əxlaqsızlıqdır.

    *Özü azad olmayan üçün başqalarıda azad deyil.

    *Həqiqətə qarşı cəsarət — fəlsəfə tədqiqatının birinci şərtidir.

    *Əxlaqsız münasibətlərdən uşağa qul kimi olan münasibət ən əxlaqsızıdır.

    *Xoşbəxtliyin sirri-insanın "MƏN" dairəsindən çıxa bilmə bacarığındadır.

    *Fəlsəfənin cavabsız qoyduğu sualların səbəbi odur ki,onların qoyulma tərzi başqa cür olmalı idi.

    *İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır.

    *İradə, hansı ki, heç nə həll etmir həqiqi iradə deyil çünki xaraktersiz insan heç vaxt qərara çatmır.

    *Oxumuş xalqların həqiqi cəsarəti vətən naminə özünü qurban vermə hazırlığından ibarətdir.

    *Bütün ağıl-həqiqət,bütün həqiqət-ağıldır.

    *Həyat — bu sonsuz mükəmməlləşdirmədir.Özünü mükəmməl hesab etmək isə-özünü öldürməkdir.
#26.09.2010 13:11 0 0 0