Faiq Ağayev bu gün ifadə verəcək

Son güncelleme:
  • Faiq Ağayev xeber

    noimage

    Xalq artistinin vəziyyəti yaxşılaşdığı üçün müstəntiqlə görüşə icazə verilib

    Xalq artisti Faiq Ağayevin bu gün - sentyabrın 28-də ifadəsi alına bilər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müğənninin sağlamlığı imkan verdiyi təqdirdə, o, baş vermiş hadisə ilə bağlı müstəntiqlə danışıb, məlumat verəcək.


    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Faiq Ağayevlə yanaşı sənətçinin yanında olan digər 2 nəfər: Ramil Bayramov və Azər Musayev də istintaqa ifadə verəcək.


    Hadisənin qarşı tərəfi Rüfət Məlikov, Seymur Məmmədov iştirakçı kimi, Natavan Şərifova isə şahid kimi artıq ifadə verib.


    Vüqar Baba
0 0 0