Elza Seyidcahan klip təqdimatı klipsiz keçdi

Son güncelleme: 28.09.2010 12:24
  • Elza Seyidcahan klip

    noimage

    Azərbaycanın əməkdar artisti Elza Seyidcahanın klip təqdimatı... təqdimatsız ötüşüb.

    Geyimi, saçı və musiqiləri ilə seçilən müğənni bu dəfə də fərqlənə bilib. Lent.az-ın məlumatına görə "Ölümünə sevdim" adlı mahnısına çəkdirdiyi klipini mətbuat nümayəndələrinə göstərmək üçün tədbir təşkil edib.

    Təqdimat baş tutub, jurnalistlər toplanıb, lakin klip üzə çıxmayıb. Müğənni qonaqlarına çay və şirniyyat verib, ətrafdakı insanlarla bol-bol söhbət edib. Az sonra klipin diskinin məkana gətirən zaman maşının yol polisləri tərəfindən saxlanıldığı açıqlanıb. Klip bir neçə saatdan sonra gəlib çıxsa da, bu dəfə nümayişində çətinlik yaranıb.

    Elza Seyidcahan bu dəfə də qeyri-standartlığı ilə yadda qalıb.

    Nəzrin
#28.09.2010 12:24 0 0 0