Oktyarbr Ayındakı Bayramlar və Tarixi Günlər

Son güncelleme: 01.10.2010 12:30
  • Oktyarbr Ayı Tarixi günler

    noimage


    Beynəlxalq bayramlar və tarixi günlər:



    1 Oktyabr-Beynəlxalq Ahıllar günü



    5 Oktybar-Müəllim Günü



    24 Oktyabr-BMT Günü



    Milli bayramlar və tarixi günlər:



    1 Oktyabr-Prokurorluq işçiləri günü

    18 oktyabr-Müstəqillik günü



    ( Bu məlumatları hamımız hələ orta məktəbdən bilsək də çoxumuz unutmuşuq.Xatırlayaq və xatırladaq deyə yazdım.Bu aydan etibarən hər ayda olan bayramlar və tarixi günlər haqda yazılacaq.Respublikamızda bu tarixi günlərdən 2-si (Ahıllar günü-1 Oktyabr və Müstəqillik günü-18 Oktyabr) daha geniş qeyd edilir.)



    1992-ci ildə BMT-nin Ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş,həmçinin 1999-cu il Beynəlxalq Ahıllar İli elan olunmuşdur.

    2001-ci il iyunun 22-də Respublikmaızda da "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respubliksasının Qanunu qəbul edilmişdir.Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbyacan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.

    1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur.





    Müstəqilliyimizi ilk olaraq tanıyan dövlətlər bunlardır:

    Türkiyə Cümhuriyyəti-9 noyabr (1991),

    Rumıniya-11 dekabr (1991),

    Pakistan-13 dekabr( 1991),

    İsveçrə-23 dekabr(1991),

    İran-25 dekabr(1991),

    ABŞ-23 yanvar(1992),

    Rusiya-10 aprel(1992).



    Qeyd: Müəllimlər günündə müəllimlərimizi,Qadınlar günündə analarımızı təbrik edir,Uşaqlar günündə uşaqlarımızı sevindirməyə çalışırıq.Bəs Ahıllar günündə nə edirik?Nənə-babalarımızı,əgər yoxdursa onlar yaşda olan qocalarımızı yad edirikmi?Bəlkə bu gündən başlayaq?
#01.10.2010 12:30 0 0 0