Tarixde Bugün - 6 Oktyabr

Son güncelleme: 07.10.2010 06:28
  • 6 oktyabr. İlin sonuna 86 gün qalır.

    1908. Krit adası Türkiyədən ayrılaraq Yunanıstana birləşdiyini elan edib

    1918. Fransa Beyrutu işğal edib

    1922. Rusiya KP MK yekun direktiv qəbul edib. Direktivdə deyilir: "Ukrayna, Belarus, Zaqafqaziya Respublikaları və RSFSR-in "Sovet Sosialist Respublikaları İttifaqı" halında birləşməsi zəruri hesab edilsin"

    1923. Amerikan astronom Habbl Andromeda Qalaktikasını kəşf edib

    1923. Türkiyədə İstiqlal müharibəsi sona çatıb

    1927. İlk səsli film Nyu-Yorkda nümayiş etdirilib

    1930. Sovet Azərbaycanının ilk xalq torpaq komissarı Səməd ağa Ağamalıoğlu vəfat edib

    1930. Suriya keçmiş prezidenti Hafiz Əsəd anadan olub

    1948. Aşqabadda 9-10 ballıq zəlzələ baş verib. Şəhər bütünlüklə dağılıb, qeyri rəsmi məlumatlara görə 150 min insan həlak olub

    1951. Stalin SSRİ-nin atom silahı hazırladığını bəyan edib

    1973. Ərəb-İsrail müharibəsi başlayıb

    1977. "MİQ 29" təyyarəsinin ilk uçuşu baş tutub

    1981. Hərbi parad zamanı Misir prezidenti Ənvər Sədat öldürülüb

    2006. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskva görüşüb

    2007. Bakıda birinci beynəlxalq "Qızıl payız" musiqi müsabiqəsi keçirilib

    2008. Bakıda İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı keçirilib

    2009. Azərbaycan Xarici işlər Nazirliyi Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi təqdim edən "Taciktelekom"a etiraz məktubu göndərib.
#07.10.2010 06:28 0 0 0