Uğura Doğru Inamlı Marafon

Son güncelleme: 08.10.2010 09:45
  • noimage

    Yorulma dur ayağa- səbr məni qabağa itələyirdi. Uğura doğru qaçmalı idim. Zaman məni ötürdü. Yenidən barmaqları yerə qoyaraq, dizlərim taqətdən düşmüş vəziyyətdə nəfəsimi dərərək qaçmağa başladım. Qolumdakı saata baxdıqda əqrəblərində hətta məndən daha sürətli getdiyini gördüm. Bu yol çətin yol idi. Güclü yağşdan sonra palçıq olmuş yollar. Ayaqlar hər batdıqca çıxarmaq çox çətin idi. Bu anda köməyimə ümid çatırdı. Düşündüm bəlkə yoldan keçən bir maşını saxlayım onunla gedim?
    Vicdan qarşımı kəsərək: Hədəfinə özün nail ol! Heç kəsə möhtac olmadan!
    Artıq hava qaralmağa başladı. Səbr çarəsiz, ümid kimsəsiz halda mənə baxdı... Uduzacayımı? Söylədim və bu anda...düşündüm bir anlıq.
    Hər gecənin bir gündüzü var.Zaman axıb keçsə də su kimi boğulmamaq lazım idi. Bu dəryada. Sanki daxilimdən ikinci mən qışqıraraq səslənirdi Sən güclüsən, sən bacaracaqsan, əldən düşmə, yorulma!
    Ayaqlarımın taqətdən düşməsinə baxmayaraq iri addımlarla addımlamağa qərarlı idim. Bilirdim ki bu qədər əzabın, əziyyətin sonunda mükafatımı alacam. İrəlilədim qaranlıq artıq hər tərəfi sanki öz ağuşuna almışdı Arxaya baxmaqdan qorxurdumYalnız irəli gedirdim Bəzən həyəcanlanırdım bəzən isə sanki içimə qeyri-adi bir rahatlıq çökürdü Bu yolda çox şeyi gördüm Kimisi yorulub artıq əldən düşmüşdü, kimisi səsləyirdi ki getmə onsuz da faydası yoxdu, kimisi səsləyirdi ki geri dön nə qədər gec deyil. Sonradan peşiman olmaqdansa bu qədər əziyyətə görə indidən geri dön ki sonra uğursuzluq səni daxilən parça-parça məhv etməsin
    Heç birinə fikir vermədim Amma birdən qarşıma sanki siması qəmlə, kədərlə, ümidsizliklə bəzənmiş pessimizm çıxdı. Dedi dayan. Ayaq saxladım Dedi məqsədinə çatacağına bu qədər əminsən?
    Dedim: Bəli
    Üz-gözünü büzərək dedi : Mənim ən yaxın dostum ümid və xəyaldır bir də yalnızlıq. Getmə qal bizim yanımızda biz sənə kömək edərik



    Sonra əlini uzadaraq mənə bir saray göstərdi. Dedi sarayda saysız-hesabsız otaqlar var. Saray çox əzəmətli görünürdü. Amma üstündə qara buludlar var idi. Bir gecəlik qonağımız ol sonra qərarın haqqında bir də düşünərsən Sarayın sakinlərinin hamısı sanki bezmişdilər hər şeydən. Təkliyə qapılmışdı sanki hamısı. Qaranlıq otaq və qara-qara düşüncələr
    Sanki bu zaman məni qəflət yuxusundan bir səs oyatdı. Bu səs valideynlərimin səsi idi. Baxdım, onlar uğura gedən yolun üstündə məni səsləyirdilər Anamı gördüm... Mənə əl eləyirdi, yanına çağırırdı. Artıq pessimism tilsimi sanki qırılmağa başlayırdı daxilimdə. Başımı dik tutub uğura gedən yola doğru inanılmaz sevinc və təbəssümlə irəlilədim. Valideynlərimə yaxınlaşdım
    Parlaq bir təbəssümlə mənə baxıb dedilər: Biz sənə inanırıq, sən bacaracaqsan, irəlilə hədəfinə doğru. Anamın çöhrəsindəki təbəssüm sanki qaranlıq gecələrə şəfəq kimi işıq saçırdı..
    İnanılmaz bir güc gəldi sanki mənə. Artıq yolun sonunu görə bilirdim Sonda məni nələr gözləyəcəyini də bilirdim
    Sanki artıq qaranlıq gecələrə gün doğurdu İrəlilədim ışığa doğru heç nəyə fikir vermədim Bu zaman gözlərimə belə inanmadım artıq uğurun bir addımlığında idim. Bu dəfə həyəcan yol boyunca olduğundan qat -qat artıq idiYolun sonunu artıq görürdüm. Vallideynlərim də orda idilər. Hamı məni gözləyirdi. Sanki həyat marafonu idiQaçdım, qaçdım yolun sonuna çatdımTəbəssüm, təbrik, sevinc, göz yaşları və daha nələr nələr Gülümsədim Bilirsiniz niyə? Çünki bu yolda mənə mane olmaq istəyənlər,b adalaq vermək istəyənlər, inanmayanlar mənim qarşımda xəcalətli şəkildə boyunlarını bükmüşdülərValideynlərimin mənimlə fəxr etmələrini gördüm. Gözlərim yaşardı. Anama və atama doğru çevrilib diz çökərək dedim:
    Bu təkcə mənim yox, bizim uğurumuzdur! Məqsədə çatmaq ən böyük uğurdur!

    Müəlliflər

    Whatever Happens
    Spider_in_ATİ
#08.10.2010 09:45 0 0 0