Sen getdin seiri

Son güncelleme: 11.10.2010 14:52
  • sen getdin - sen getdin seri bextiyar vahabzade seirleri - bextiyar vahabzade serleri - bextiyar vahabzade sen getdin seri
    Sən getdin,elə bil dünya boşaldı
    Yazda köçüb getdi,yeri boş qaldı
    Bahar ürəyimi sənsiz qış aldı,
    Mən yaza vurulmuşam,qışı neynirəm.

    Eşqimi aparıb sən getdin demək
    Eşqsiz bir dünya nəyimə gərək.
    Soyuq daşa döndü,o gündın ürək
    Sinəmdən asılan daşı neynirəm.

    Həmişə ayrıyıq,gecə-gündüzük
    Birimiz təpəyik,birimiz düzük.
    Üstünün qaşıyla tanınar üzük
    Əgər üzük yoxsa,qaşı neynirəm.

    Niyə yaşayıram,mən niyə sənsiz,
    Nə yerə baxıram,nə göyə sənsiz.
    Mən ki,kor olmuşam hər şeyə sənsiz,
    Kor gözün üstündə qaşı neynirəm?!
#08.10.2010 20:07 0 0 0
  • Tesekkur edirem :)
#11.10.2010 14:52 0 0 0