Sızanaq problemi olan gənclərin intihar etmək riski yüksəkdir

Son güncelleme: 14.10.2010 14:14
  • Sızanaq problemi - gənclərin intihar etmə riski
    Dəridə problemin yaranması və onun həlli barədə.

    noimage

    Üz dərisində ciddi sızanaq problemi olan gənclərin intihar etmək riski daha çoxdur. Norveçin Oslo universitetindən Con Anders Halvorsen və qrupunun apardığı tədqiqatda ciddi sızanaq problemi olan 18-19 oğlanların belə bir probemi olmayan yaşıdlarına nisbətdə 3 dəfə, qızların isə 2 dəfə çox intihara meyilli olduğu məlum olub. 3775 nəfərin iştirak etdiyi tədqiqat, bu problemlə mübarizə aparan gənclərin dost tapmamaq və ya dərslərdə pis nəticələr göstərmək riski ilə qarşı-qarşıya olduqlarını göstərib.

    Üzdə sızanaqları özünə dərd edənlər çoxdur. Çünki onları gizlətmək heç də asan olmur. Adətən sızanaqlar 11-30 yaş arasında olan adamlarda özünü göstərir. Lakin istisnalar olur ki, daha yuxarı yaşlarda da bu problemlə rastlaşırlar. Bunlar dəridə olan piy vəziləri ilə bağlı yaranır. Orqanizmdə gedən proseslər nəticəsində dəridəki piy vəzilərinin məsamələri tutulur və ya genişlənir, beləliklə sızanaqlar əmələ gəlir. Bura ətraf mühitdəki mikroblar düşdükdə isə iltihablaşır və böyüyür. Mədə-bağırsaq sistemində olan hansısa problem də sızanaqların yaranmasına səbəb olur.

    Dermatoloq Fikriyə Balakişiyevangn sözlərinə gürə, əgər sızanaq mədə-bağırsaqla əlaqədardısa, mütləq yeməklərə fikir verilməlidir. Çox duzlu, istiotlu, şirin qidalar qəbul etmək olmaz.

    Həkimlər özbaşına müalicəni də məsləhət görmür. Çünki bu çox zaman üzdə dərin çapıqların əmələ gəlməsi ilə nəticələnir. Sızanaqları sıxmaq da tövsiyə olunmur. Bununla həm onların ölçüsünü böyüdə, həm də mikrobların yayılmasına səbəb olarsınız. Qida rejiminə fikir verin, əsasən meyvə-tərəvəz, balıq qəbul edin ki, dəriniz çox yağlanmasın.

    Təcrübəli mütəxəssis F.Balakişiyeva sızanaqlarla mübarizə aparmağın bir neçə asan yolunu göstərir: "Bodyaqa deyilən maddə var. Adətən o, apteklərdə satılır. Onu su ilə qatıb xam maye halına salırlar. Məhlul maska kimi üzə çəkilir. Qara nöqtələr əmələ gəlibsə, ruşu adlanan ağ daşdan istifadə etmək olar. Nəm əldə əzib onu üzə sürtürlər. Bu üsulla üz kisələnir və təmizlənir".

    Üzdəki sızanaqları qurutmaq, iltihabın qarşısını almaq üçün duzla maska da kömək edə bilər. Bunun üçün 2 xörək qaşığı duzu 1 litr isti suda əridib məhlulu bir qədər soyutmaq lazımdır. Pambıq dəsmal bu suda isladıb 3-4 dəqiqə üzdə saxlanılır. Proseduru bir neçə dəfə təkrar edib üzünüzü ilıq su ilə yuyun və yumşaldıcı krem çəkin.
#14.10.2010 14:14 0 0 0