Rza Zərrab Ebru Gündeşə ad günündə qayıq hədiyyə edib

Son güncelleme: 14.10.2010 22:58
  • Rza Zərrab Ebru Gündeş xeber

    noimage

    Türkiyənin məşhur müğənnisi Ebru Gündeş ilə Rza Zərrabın eşqi qarşılıqlı bahalı jestlərlə davam edir.

    Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən ay əri üçün "Çırağan" Sarayını bağlatdıran Gündeşə bu dəfə Zərrabdan mənalı jest gəlib.

    Rza Zərrab Ebru Gündeşin 36 yaşının tamamına "Çırağan" Sarayının bir hissəsini bağlayıb. 150 nəfərlik dəvətlinin önündə həyat yoldaşına eşq elan edən Zərrabın bu hərəkəti Ebru Gündeşi göz yaşlarına boğub.

    Mətbuatın dəvət olunmadığı mərasimdə qonaqlar gec saatlara kimi əyləniblər.

    Rza Zərrab bu sürprizlə kifayətlənməyib, o həyat yoldaşına həm də qayıq alıb.
#14.10.2010 22:58 0 0 0