yuxu haqqında
ABŞda edilən bir araşdırmaya görə gecə 7 saatdan çox ya da az yatmaq, ölkədəki ən əhəmiyyətli ölüm səbəbi olan ürək və damar xəstəlikləri riskini artırır. Qərb Virginia Universiteti Tibb Fakültəsi tərəfindən edilən araşdırmada, şəkərləmələr daxil beş saatdan az yatmanın, Anjin, damar narahatlıqları, enfarktus və ya infarktına gətirib çıxarma şansını iki qat artırdığı görüldü. Araşdırmanın daha çaşdırıcı bir nəticəsi olaraq da 9 saatdan çox yatanlarda, "sehrli" rəqəm 7 saat yatanlara nisbətlə 1.5 qat çox ürək və damar xəstəliyi riski tapıldığı təsbit edildi. Araşdırmaya görə, ən riskli qrup 60 yaşından gənc və gecələri 5 saatdan az yatanlar. Bu kəslərdə ürək damar xəstəliyi riski, 7 saat yatanlara nisbətlə 3 qat çox var. 6 saat və ya 8 saat yatmaq isə ürək damar xəstəliyi riskini çox az artırır.
Sakin olun! Stress iynəsi gəlir..
ABŞlı elm adamları, tək bir enjeksiyonda hər kəsi rahatlaşdıracaq stress iynəsi inkişaf etdirdi. Stanford Universiteti professoru Robert Sapolsky, hələlik heyvanlar üzərinə sınanan iynənin stressə son vərəcəyini qarşıya qoyur. Sapolsky, 30 ildir davam etdirdiyi araşdırmalarının sonunda beynin kimya tarazlığını dəyişdirərək adamı dincliyə çatdırmanın yolunu tapdığına inanır. Wired jurnalına reportaj verən nevroloqa görə xroniki stress, bir çox sağlamlıq probleminin təməlində yatır. Stress üzündən bədəndə istehsalı artan "glucocorticoids" adlı hormonlar, beyin hüceyrələrini yox edir və immunitet sistemini zəiflədir. Stanforddakı işdə isə mütəxəssislər öz inkişaf etdirdikləri "nevro qoruyucular" sayəsində bu hormonların beynə ziyan vermədən dayandırılmasını təmin edən bir virus inkişaf etdirdi. "Sapolsky peyvəndi" olaraq tarixə keçəcəyi ümid edilən bu stress peyvəndinin insanlar üzərində təcrübələri isə bir neçə il içində başlayacaq.