Qeyd etmək lazımdır ki, insulindən asılı şəkərli diabet (IAŞD) və insulindən asılı olmayan şəkərli diabetdə (IAOŞD) dietaya yanaşma müxtəlifdir. Birinci halda (IAŞD) dietada qida kalorili olmalıdır; xəstə demək olar ki, hər şeyi yeyə bilər, lakin qəbul olan qidada çörək vahidləri həsablanmalıdır. Ikinci halda isə (IAOŞD) diabet çox vaxt artıq çəki ilə müşahidə olunduğu üçün qidanın kaloriliyi aşağı olmalı, xəstə özünü arıqlamağa orientasiya etməlidir və qida müxtəlifliyi burada məhdud olur. Lakin burada qəbul olunan qidada ÇV həsablanmir. Dietada bu muxtəliflik birinci və ikinci tip şəkərli diabetlərdə gozlənilən təhlukələrin muxtəlifliyi ilə əlaqədardır. IAŞD-lə əsasən uşaqlar və gənc adamlar xəstələnirlər və burada strateji məqsəd xəstəliyin ağırlaşmalarının qarşısını almaq, eyni zamanda inkişaf edən və gənc orqanizm lazım olan qidalarla təmin olunmalıdır. IAOŞD-lə isə əsasən yaşlı və ahıl adamlar xəstələnirlər. Burada isə məqsəd xəstənin arıqlaması və hazirki dövrdə xəstəyə yaxşı həyat keyfiyyəti tə'min etməkdir.
I. Ərzaqların xüsusiyyətləri.
2-ci tip şəkərli diabetdə dieta şəkərli diabetin kompensasiyasının əsas amilidir. Birinci tip şəkərli diabetdə isə dietanin kompensasiyada rolu çox da əhəmiyyətli deyildir. Dietanı düzgün təşkil etmək və ona əməl etmək üçün ərzaqların xüsusiyyətlərini bilmək lazımdır. Qeyd etmək lazımdır ki, diabetli xəstələrin ərzağa münasibəti özünə məxsusdur: onları ərzağın ən çox qanda şəkəri necə - sürətlə, tədricən və ya asta qaldırması maraqlandırır. Belə baxanda bu məsələ çox da mürəkkəb deyildir: ərzaqda şirinlik hiss olunur, şirniyyatın tərkibində şəkər vardır, deməli şirin ərzaqları yemək olmaz, şəkər əvəzedicilərdən istifadə etmək lazımdır. Lakin burada dondurmalara, şirin və turş almalara, diabetik konfetlərə aid olan özünə məxsusluqlar vardır. Bu haqda aşağıda məlumat verəcəyik.
Indi isə diabetik dietanın əsas məqsədlərini qeyd ədək:
Diabetiklər üçün qadağalar yox, müəyyən qaydalar mövcuddur. Onun üçün qidanın tərkibi və qidalanma rejimi vacibdir. O, karbohidratların gün ərzində bərabər olaraq bölünməsini təmin etməli və ya qəbul etdiyi qidada karbohidratları ÇV ilə hesablamalıdır. Bir daha qeyd etmək lazımdır ki, bu qaydaların böyük bir hissəsi şəkərli diabetin bütün tiplərində və insulinterapiyanın bütün sxemalarında məqbuldur. Qidalanmanın əsas komponentlərinə zülallar, yağlar, karbohidratlar, mineral maddələr və vitaminlər daxildir.
Qeyd etmək lazımdır ki, qanda şəkəri yalnız karbohidratlar qaldırır.
Zülallar-u hüceyrələr üçün tikinti materialı olub, hüceyrələr onlardan yaranır. Tərkibi heyvani zülallar olan ərzaqlara aşağıdakılar aiddir: süd məhsulları, ət, balıq və onlardan hazırlanan bütün ərzaqlar, yumurta. Bitki zülalları - soyada, mərcidə, paxlalarda və göbələkdə olur. 1 qr təmiz zülalın kaloriliyi 4 kkal təşkil edir. Tərkibində zülal olan ərzaqlar əgər onları normal qaydada qəbul etsən, qanda şəkəri demək olar ki qaldırmır. Lakin əgər siz bir dəfəyə 1 kq ət yesəniz qanda şəkər hər halda qalxa bilər.
Yağlar -bunlar bizə enerji ehtiyatı verir, lazım olan hormonların və vitaminlərin yaranmasında iştirak edir. Normal miqdarda, yağlar da qanda şəkəri qaldırmır. Bir qram yağin kaloriliyi 9 kkal təşkil edir ki, buda zülalların kaloriliyindən 2 dəfə çoxdur. Tərkibində yağ olan ərzaqları 4 kateqoriya bölmək olar:
Heyvani yağlarından ibarət olan ərzaq məhsulları - kərə yağı, marqarin, salo; tərkibində həyvani yağlar gizli olan ərzaq məhsulları - ət, balıq və onlardan hazırlanmış bütün ərzaqlar, bütün süd məhsulları; bitki yağlarından ibarət olan ərzaq məhsulları - günəbaxan, qarğıdalı, zeytun, kokos yağları və s. Tərkibində gizli bitki yağları olan ərzaq məhsulları-tumlar, ləpələr, qarğıdalıdır. Qeyd etmək lazımdır ki, bitki yağları tərkibində xolesterin olmadığına görə kaloriliyin eyni olmasına baxmayaraq heyvani yağlardan daha məqbul hesab olunur.
Lakin çəkisini azaltmaq istəyən xəstələr hər iki yağın istifadəsini azaltmalıdırlar. Əgər salatlarda smetan, mayonez, bitki yağından istifadə edirsinizsə, sizin ariqlamağınız çətin olacaq, çünki bu ərzaqların hər üchunun kaloriliyi eynidir. əgər sizin qarşınızda artıq çəki problemi yoxdursa, onda siz qanda xolestərini yoxlatmalı və o normadan artıqdırsa, onda qidanın tərkibindəki həyvani yağları bitki yağları ilə əvəz etməlisiniz və nəhayət əgər sizin artiq çəki toplamaq riskiniz yoxdursa , xolesterin normaldırsa, siz istənilən yağdan istifadə edə bilərsiniz.
Karbohidratlar - kimyəvi quruluşuna görə şəkərlərin çoxlu müxtəlif növləri vardır.
Bəziləri mürəkkəb molekulardan ibarət olub, mürəkkəb şəkərlər adlanır. Digərlərinin strukturu daha sadə olub - bunları sadə şəkərlər adlandırırlar. şəkərlərin bütün mümkün olan növlərinin məcmusu karbohidratlar adlanan kimyəvi sinifdə birləşir. Deməli karbohidratlar - şəkərlərdir və molekularının quruluşundan asılı olaraq onların arasında xüsusi ierarxiya var. Bu ierarxiyaya əsaslanaraq onları bu ardıcıllıqla düzmək olar: ən sadələr: monosaxaridlər, mürəkkəbləri: disaxaridlər, və ən mürrəkəblər: polisaxaridlər. Bu şəkər karbohidratlarının yalnız keyfiyyətcə təsviridir. Bu klassifikasiya aşağıdaki cədvəldə göstərilib: Molekulyar struktyrunun murəkkəbliyinin artma qaydasi ile qida karbohidratlarinin yerleshmesi.
Bu cədvələ keçməzdən əvvəl bir neçə qeydlərə nəzər salaq. Birincisi, molekullarının quruluşuna görə klassifikasiyadan başqa, karbohidratlar qidalanma nöqtei nəzərindən - insan orqanizmi tərəfindən mənimsənilən və mənimsənilməyənlərə bölünürlər. Çörəkdə, meyvə və tərəvəzdə olan karbohidratları bizim mədəmiz həzm edir, lakin tərkibində mürrəkəb karbohidrat-sellüloza olan oduncağı həzm etmir.
Ikincisi, həzm etmək - nə deməkdir? Bu termini dəqiqləşdirək; karbohidratların həzm olunması - disaxaridlərin və polisaxarildlərin mədə şirəsi ilə sadə şəkərlərə - monosaxaridlərə bölünməsi deməkdir.
Məs. sadə şəkərlər qana sorulur və hüceyrələr üçün qida mənbəyidir.
Üçüncüsü karbohidratlarla zəngin olan qida tərkibində mənimsənilən karbohidratlardan başqa, mənimsənilməyən karbohidratlarda olur. Bunlar qida lifləri, sellüloza və pektin maddələridir ki - çörəkdə, buğda və tərəvəzlərdə rast gəlinir.
Onlar həzm olunmada böyük rol oynayır: bağırsaqların işini stimullaşdırır, toksik maddələri və xolesterini absorbsiya edir.
Gələcəkdə bunları biz ümumi terminlə - sellüloza adlandıracağıq.