Dopinq düzgün qərar deyil

Son güncelleme: 14.10.2010 23:48
  • Dopinq haqqında
    Son on ildə, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də əhalinin sağlamlağının qorunması problemi tam kəskinliyi ilə üzə çıxmışdır. Təəssüflər olsun ki, burada günahı yalnız ekologiyanın pozulması, səhiyyə sistemində mövcud olan çatışmazlıqlar və ya iqtisadi böhranda axtarmaq olmaz. İnsan müvəqqəti nəticəyə görə öz sağlamlığına zərər vurur. BMT - in konvensiyasına uyğun olaraq, narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan müxtəlif preparatların istifadəsi artır. Bunların arasında ən çox yayılan anaboliklər - androgen steroidlərdir (ASS).
    Dopin problemi yüksək nailiyyətlər idmanının əsas problemlərindən biridir. Ən acınacaqlı vəziyyət odur ki, anabolik steroidlərin zərərli təsirinin əhəmiyyəti kiçildilir. Anaboliklər qəbul etməyə qərar vermiş gənc endokrin sistemi, psixikanı pozmaq, qara ciyərdə dönməz dəyişikliklər törətmək riskinə məruz qalır. İnternet və gizli nəşrlərdə isə anaboliklərin qəbulunun törətdiyi zərəri minimallaşdırmaq üsulları haqqında yazılar dərc olunur. Bunlara inanmaq olmaz. Kimyaçılar steroidlərin androgen və anabolik effektini ayırmaq üzərində nə qədər çalışsalar da, məsələ dəyişməz olaraq qalır. GƏnc yaşlarından dopinq qəbul edən insan idmançı olmaq şansını tamamilə itirir. O, heç zaman iradəsini möhkəmləndirməyəcək, əzələlərini işlətməyəcək.İdmanla məşğul olmağa başlamış insan dopinqə "oturmuşsa", o, öz idman karyerasını puç edir, sağlamlığını məhv edir, narkotiklər üçün ideal müştəriyə çevrilir. Dopinq güclüləri ələ keçirərərk, onları zəiflədir, zəiflər isə artıq, narkotiklərin qurbanıdır. Ona görə də dopinqlə mübarizə aparmaq lazımdır

    Dopinq düzgün qərar deyil!!!


    Böyük idman cəmi 3-4 % dopinq "dövr" edir, qadağan ediımiş preparatların əsas hissəsi isə kütləvi idmanda, misal üçün fitnesdə və bodibildingdə istifadə edilir. Adətən fərdi mülkiyyət kimi fəaliyyət gpstərən məşq zallarında "bədən inşası" ilə məşğul olan gənlərin "kimyalaşması" 16-18 yaşlarında başlayır. Bugün qadağan edilmiş preparatə əldə etmək çətin deyil. İnternetdə "dopinq almaq" sözlərini yazmaqla istənilən anabolik və ya oxşar preparatı sərbəst şəkildə almaq imkanı yaradan 300-dən çox vasitəçi sayta rast gəlmək olar. Maliyyə böhranı da dopinqə təsir etmir - qiymətlər düşür, satış artır. Eyni zamanda dopinqlə mübarizəyə aid bir sayta belə rast gəlmək olmur - əlbəttə ki, Azərbaycan Respubliksaının Gənclər və İdman Nazirliyinin saytı,müxtəlif idman təşkilarlarının saytı və s. istisna olmaqla. Yaxınlarda respublikada əhalinin müxtəlif tibb müəssisələrinə müraciətləri statistikasının təhlili aparlımışdır. Nəticələr göstərir ki, yalnız Bakı ş. Səbail rayonu üzrə 12-dən 16 yaşadək gənc oğlanların 65%-i nervpotoloqa, 16-dan 20 yaşadək cavanların arasında 14,7%-i, 21-dən 25 yaşadək olanların isə 44%-i androloqa müraciət etmişdir. Müraciət etmişlərin 78%-i məşq zalları, fitness mərkəzlərində məşq edirdi. Bu cavanlarda əsəbilik,aqressivlik, intelektual qabiliyyətin azalması, informasiya mənimsənilməsinin pisləşməsi, tez - tez ovqat dəyişikliyi qeyd olunurdu

    Bodibilding və oxşar idman növləri ilə məşğul olan cavanlara, eyni zamanda valideynlərə təkidlə məsləhət görürük ki, təklif olunan preparatların etiketini diqqətlə oxusunlar. Bundan başqa belə problemləri idman müdiriyyəti ilə müzakirə etmək, müvafiq idman federasiyasında cavab tapmaq olar
#14.10.2010 23:48 0 0 0