Facebook şəkli həyat qurtardı xəbər - Retinoblastoma - Retinoblastoma ölümə yol aça bilər
İngilis tibb bacısı rəfiqəsinin uşağının gözündə xərçəng olduğunu aşkarlayıb.
"Facebook" sosial şəbəkəsi azyaşlının həyatını xilas edib. İngiltərədə dostunun şəkillərinə baxan tibb bacısı onun qızının xərçəng xəstəliyinə tutulduğunu aşkar edib. Nikola Şarp adlı tibb işcisi sosial şəbəkədəki dostu Mişel Freemanın profilindəki qızının şəkillərinə baxıb. Azyaşlı qızın gözünün rəngləri tibb işçisinin diqqətindən yayınmayıb. Belə ki, şəkildə qız uşağının gözünün bəbəklərindən biri ağ, digəri isə qırmızı olub.
Xərçəngdən şübhələnən tibb bacısı vaxt itirmədən uşağın anasına bu barədə məlumat verib. Ana uşağını dərhal xəstəxanaya aparıb və onun göz bəbəyində iki şiş olduğu aşkar edilib. Sol gözü artıq tamamilə görmə qabiliyyətini itirən uşağa həkimlər lazer müalicəsi təyin ediblər.
Qeyd edək ki, "Retinoblastoma" adı verilən xərçəngin bu növü vaxtında müəyyən edilmədiyi halda ölümə yol aça bilər.