Sən Mənim Dualarımsan

Son güncelleme: 20.10.2010 20:40
  • Sən Mənim Dualarımsan Seiri - Azerice Seirler
    Səni sənə anlatmaq istəyirəm
    Səni sənə tərif etmək
    sənə məndəki səni izah etmək istəyirəm
    Çöldə gözəl bir bahar var
    Pəncərəni açıb çiçəklərin ətrini içinə çəkmək istəyirsən
    quşlar cəh-cəh vurur, rənbərəng kəpənəklər uçur
    Baxırsan və bu gözəllikdən doymursan..
    Bax sən mənim BAHARIMSAN!

    Səni sənə anlatmaq istəyirəm
    Səni sənə tərif etmək
    sənə məndəki səni izah etmək istəyirəm
    İsti səhrada gəzərkən susayırsan və bir sərin içki tapırsan
    Kimsənin olmadığı adada qumda uzanıb günəşlənirsən
    Ən hündür zirvəyə çıxıb onun adını var gücünlə bağırırsan
    Soyuq qış axşamında yastığını o zənn edib bərk-bərk qucaqlayırsan
    Bax sən mənim XƏYALLARIMSAN!

    Səni sənə anlatmaq istəyirəm
    Səni sənə tərif etmək
    sənə məndəki səni izah etmək istəyirəm
    İllər sonra çox sevdiyin bir dostunu görürsən
    2 manatlıq kupona ev udursan
    evə gəldiyində anan ən sevdiyi yeməyi bişirdiyini görürsən
    İstədiyin hədiyyəni sənə aldıqlarını görürsən
    Sevincindən dəli kimi qışqırırsan...
    Bax sən mənim tükənməz SEVİNCİMSƏN!


    Səni sənə anlatmaq istəyirəm
    Səni sənə tərif etmək
    sənə məndəki səni izah etmək istəyirəm
    Gecələr dəniz kənarında ulduzlara baxmaq
    ay işığı altında səninlə əl-ələ tutub qaçmaq
    Yuxu nədir bilməyərək onunla olmaq
    Günəşin çıxmasına qədər səni qucaqlamaq
    nə qədər xoşdursa...
    Bax sən mənim bitməyən GECƏMSƏN!

    Səni sənə anlatmaq istəyirəm
    Səni sənə tərif etmək
    sənə məndəki səni izah etmək istəyirəm
    Sevirəm içində birini gizlicə
    toxunmaq istəyirəm sənə bacara bilmirəm
    yanaqından öpmək istəyirəm edə bilmirəm
    sənin gözlərinin içinə baxıb nə qədər sevdiyimi demək istəyirəm
    amma sadəcə səni arzu edə bilirəm...
    Bax sən mənim gerçəkləşməyən ARZUMSAN!

    Mən daha sənə bunları yazmayacağam...
    Mən sənə sadəcə 1 cümlə yazacağam...
    Yadındadır sənə deyirdim mən hər gecə yatmazdan öncə Allaha DUA edirəm.
    Bax mən Allahdan hər gecə...
    Səni dünyaya bəxş etdiyi üçün ona təşəkkür edirəm...
    Səni mənə verdiyi üçün ona şükr edirəm...
    Səni hər bəladan, acı gündən, kədərlənməkdən, ağlamaqdan, pis günlərdən qoruması,
    Üzündəki o şirin təbəssümün əksilməməsi üşün DUA edirəm...
    Çünki SƏN MƏNİM DUALARIMSAN!

    Alıntı...
#20.10.2010 17:36 0 0 0
  • Üzündəki o şirin təbəssümün əksilməməsi üşün DUA edirəm...
    Çünki SƏN MƏNİM DUALARIMSAN! :)

    hoş bi şeirmiş :) paylaşım için teşekkürler...
#20.10.2010 20:40 0 0 0