Şəfalı meyvələr

Son güncelleme: 21.10.2010 21:33
  • meyvələrin sağlamlığa faydaları
    Gilas: 20 gilasda 12-25 milliqram arası antosiyanin maddəsi var və bu maddənin ağrı kəsici təsiri aspirindən on qat daha çoxdu.

    Xolesterolu və qan şəkərini salır, qəbizliyi də aradan qaldırır. Gilasda olan flavanoidlerin bədəndəki zehri təmizləyib anntioksidan təsir edir.

    Nikotinin bədəndən atılmasına köməkçi olur. Böyrəklərin daş və qum olmasının qarşısın alır və varsa zamanla tökər. Öd kisəsi daşının tökülməsinə də köməkçi olar.

    Ayrıca sızanaqların aradan qaldırılmasını təmin etməkdədir.

    Çiyələk: Stressə yaxşı gəlir, sakitləşdirici təsiri var. Siqaret tüstüsünün təsirlərini azaldır.

    Ağız-dəri yaralarına gətirib çıxaran virusları öldürücü təsiri var.

    Xərçəngə tutulma riskini azaldır, mədə və bağırsaq zəifliklərini aradan qaldırır. Öd kisəsi xəstəliklərinə yaxşı gəlir və yüksək istiliyi salır.

    Dişlərə və diş ətlərinə yaxşı xeyri var, və dəriyə canlılıq qazandırır.

    Qarpız: Böyrəyi təmizləyir, damar tutulması, diyabet, kolon xərçəngi kimi xəstəliklərə yaxşı gəlir. İmmunitet sistemini gücləndirir.

    Qarpız dənələrindəki cucurbocitrin adlı maddə, qan təzyiqini salmağa və tənzimləməyə köməkçi olur.

    Hər biri şəfa anbarı

    Şaftalı: Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyur. Həzm sistemini işlədir və həzmi asanlaşdırır.

    Ərik: Qansızlığa yaxşı xeyri var. Gözəl bir dəri və saç üçün müsbət təsirləri var. Xüsusilə ağciyər xərçəngi, ürək xəstəlikləri qarşısın almaqda köməkçi olur.

    Sümük əriməsinin qarşısın alır, sinirləri boşaldır və yuxu verir. Qəbizlik çəkən və həzm sistemində problem yaşayanlar üçün faydalıdır.

    Səhərlər ac qarınına yenilən quru ərik, həzm baxımından faydalı olmanın yanında dəriyə də canlılıq qatır.

    Banan: Ürək və əzələ sisteminə faydalıdır. Yüksək təzyiqi önləyici xüsusiyyətə sahibdır.


    Kivi: C vitamini anbarı. Bir ədəd kividə gündəlik alınması lazım olan C vitamini ehtiyacından çoxu var.

    Vişnə: Şəkər nisbəti gilasdan aşağı olduğu üçün daha az kalori ehtiva edir. İstiliyi salır və susuzluğu aradan qaldırır.


    Tünd rəngli vişnələr, açıq rənglilərə nisbətlə daha çox mineral ehtiva edir.

    Armud: Ürək, damar sağlamlığı, az qan təzyiqi və fiziki performansa yaxşı gələn vitaminləri saxlayır. Böyrəklərin işini xəbərdar edib ürək atışını təşkil edir. Qaraciyəri təmizləyir.
#21.10.2010 21:33 0 0 0