5 yaşlı oğlanla 3 yaşlı qızı evləndiriblər

Son güncelleme: 23.10.2010 11:43
  • noimage

    Suriyada qəribə toy mərasimi keçirilib.

    Lent.az-ın "Qazetteport"-a istinadən verdiyi məlumata görə, ailələri 5 yaşlı Xalidi və 3 yaşlı Haləni evləndirmək qərarına gəlib. Toy mərasimində bəy-gəlin kürsüsündə əyləşən körpələr bir-birinin barmağına nişan üzüyü də taxıb. Uşaqların valideynləri bildiriblər ki, bu toy rəmzi məna daşıyır və onlar 10 ildən sonra birgə yaşamağa başlayacaqlar.


    Verilən məlumata görə, körpələr bir-birini istirahət mərkəzində görüb-bəyəniblər. Toy da onların istəyi ilə təşkil olunub.

    Qaynaq:LENT.AZ
#23.10.2010 11:43 0 0 0