Hər gün hər an

Son güncelleme: 23.10.2010 19:41
  • Hər gün hər an Seiri - Azerice Seirler
    Göylər övladı!
    Sən mənim qəhrəmanım deyilsənmiş...
    Sən başqa əsərdəndin...
    Mənim qəhrəmanıma nə çox bənzəyirdin sən.
    Mən yanıldım, bəs sən niyə susdun.
    Mən sənin xəyallarındakı deyiləm - demədin.
    Sənin arzuların mən deyiləm - demədin.

    Miss Skazochka baxacaq. Hər gün, hər an...

    Bilirəm, bəlkə də mənim xəyallarım o qədər uzaq və rahat idi ki, sən qərib bir adaya çəkilər kimi qaçdın hər kəsdən, gizlənmək istədin.
    Sığınmaq istədin. Sevilmək istədin.
    Gəhənnəm kimi işlərimin arasında cənnətim ol, dedin.
    Məni sev, bunu bilmək mənə vacibdir - dedin.
    Sevildin, ... və sevdin, bacara bildiyin qədər...
    Amma bir ilğım kimi yox oldu hər şey... bir nəfəsdə...
    Sənin kitabındakı yorucu səhifələr, saxta qəhrəmanlar səni səslədikcə uzaqlaşdın məndən... hey uzaqlaşdın.
    Və nəhayət ayıldıq bu şirin yuxudan və gördük ki, hərəmiz bir sahildəyik, aramızda isə ucsuz-bucaqsız ümmünlar var.
    Bir də baxdıq ki yad olmuşuq bir-birimizə - nə mən o mən deyiləm, nə sən o sən...

    Miss Skazochka baxacaq. Hər gün, hər an...

    Sevgi onu dilə gətirə bilərkən gözəldir.
    Sevgi onu qoruyarkən əzizdir.
    Sevgi sənin olarkən müqəddəsdir.
    Əllərinin hərəkətini, baxışlarını, sözlərini yada saldıqca düşünürəm - səni necə sevməmək olardı?
    Axı sən bir arzuydun, bir həsrətdin, bir niskildin...
    Hər gün və hər an səni unutmaq üçün dua edirəm.
    Və hər gün, hər an səni əvvəlkindən daha artıq sevdiyimi anlayıram.

    Miss Skazochka baxacaq. Hər gün, hər an...




    P.S. Bu gün ayıldığımda ilk xatırladığım - Sən daha yoxsan - oldu.
    Açılmadı sabah........

    Milady

#23.10.2010 19:41 0 0 0