Giriş
Giriş
Üye Ol
Main-Board
21 Yıl 300 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Danış Mənə
Danış Mənə
460
Son güncelleme: 23.10.2010 19:44
byHaktan
Danış mənə Seiri - Azerice Seirler
Danış mənə xoşbəxtliyi. tərif elə, nə olduğunu bilmirəm.
Danış mənə onun həyəcanını . Gözlərin necə güldüyünü danış mənə
Ürəklərin necə güldüyünü. izah et bilməsəndə indi.
Danış mənə hiss etməsən də o həycanı.hər zaman deyərdin e sən olmasan da xoşbəxt olaram.
İndi yoxsan,danış mənə indi o xoşbəxtliyi,
Xoşbəxtsən də mənsiz, bilərsən nə demək olduğunu xoşbəxtliyin .
Mənsizliyə gedərkən söylədiyin sözlərin hər bir hərfini danış mənə
Danış mənə günəşi, doğan ayrılıq deyilmi.
Danış mənə gecəni, gedişin qaranlığım deyilmi.
Danış mənə üşüməyi, yoxluğun ayazım deyilmi...!
Danış mənə xoşbəxtsənmi mənsiz. yoxsa gedişinəmi ağlayırsan.
Ya da məni necə çarəsiz buraxdığınamı. yoxluğum hüzn verir sənə?
Həsrətinmi yandırır ürəyini? Xatirələrmi yorur səni
Sevgi üçünmü darıxdın, həmişə dua edirsən. Getdin axı Unutdum dedin axı.
Yox oldun düşüncələrimdən dedin axı. Getdin axı. Nəyin peşmanlığı var içində.
Geri dönmək istəyirsən, tərk etdiyin yerəmi dönürsən.
Səbəbi nədir ürəyindəki bu gecikmiş hüznün .Səbəbi nədir indi bu qışqırıqların.
Yoxam axı. Yox etdin axı məni.
İndi canın yanır ...!
Fərz et ki qar olub yağdım üzərinə, atəşinlə əriyib yox oldum.
Fərz et ki yağış olub axdım üzərinə, quruyub itdim bədənində.
Fərz et ki nəfəsimi nəfəsinə qatdım, verdin xoşbəxtliyin tərifsiz çarəsizliyində,
Fərz et ki yox olub getdim məndə o son nəfəsdə.
Fərz et ki bir güldüm budağından qopardığın. bir dəfə iyləyib atdığında,
Fərz et ki quruyub yox oldum
Dərdini danışma mənə...!
Göz yaşlarını demə mənə, bildirmə
Nə demək olduğunu çox yaxşı bilirəm.
Mənə göz yaşlarının necə quruyaraq axdığını demə
Necə quruduğunu çox yaxşı bilirəm.
Danışma mənə içindəki atəşi, Ürəyinin yandığını demə
Necə külə döndüyünü çox yaxşı bilirəm.
Gecələri demə mənə. Üşüyürəm dəmə heç vaxt
Donarcasına üşümək nədir bilirəm.
Hər yanım qaranlıqdı dəmə heç vaxt
Mənim gündüzlərimi sən aldın axı. səndə qaldı axı
Səndən ayrı keçən günlər dəmə mənə. sənsiz günləri çox yaxşı bilirəm.
Əsla çarəsizim dəmə mənə. Məndə çarəsizdim axı
SƏN GEDƏRKƏN...!
Alıntı...
#23.10.2010 19:44
0
0
0
Danış Mənə Konusuna Benzer Konular
Encümen-i Daniş Sarmalında Konsept Savaşı - Zihni Çakır
23.04.2009
İshak Danış - Sultanahmet Kuran Şöleni
31.05.2009
Beni Yalnızlığınla Yalnız Bırakma - Daniş Özdönmez
30.07.2009
İshak Danış Cevşen-i Kebir 2009
21.08.2009
Encümen-i Daniş
13.11.2009
Main-Board 2004 - 2025
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
İzmit Gelinlik