Sabaha Saxlama

Son güncelleme: 23.10.2010 19:46
  • Sabaha saxlama Seiri - Azerice Seirler
    İşlərin çoxluğundan hər şeyi unudursan bəzən.
    Bu get-gəllər arasında səni gözləyən də var...
    Sənin şəfqətinə, hənirinə ehtiyacı olan da var.
    Dayan bir az, nəvaziş göztər...
    Sabaha saxlama!

    Bax, artıq payız da gəldi.
    Bahar sənsən, xəzan mən...
    Tökülən yarpaqlar arasında itirdiyim nələr var, bir bilsən...
    Yoxluğun da nə soyuq, nə titrəkdir...
    Gəl, hardasansa indi gəl!
    Sabaha saxlama!

    Susma, susduqca susur insan...
    Sənin üçün quş tək ötür, mənim üçünsə bitmir zaman...
    Səssiz saatlar, qəqiqələr ömrümüzdən gedir.
    Susduqca hər an qəlbimdə bir zərrə inam yox olur, itir...
    Susma, qəlbindəkiləri mənə söylə...
    Sabaha saxlama!

    Mən gözləyərəm, səni gözləmək savabdır.
    Mən dözərəm, bilsəm də ki əzabdır.
    Yuxusuz da qalaram - bir kəlməni eşitmək üçün.
    Hara desən gələrəm - səni görmək üçün.
    Amma çağır, çağır, eşidirsənmi?
    Xoş sözlərinin arxasında boranlı bir qış gizlətmə!
    Qaytar Günəşimi! Ömrümə yaz gətir!
    Sabaha saxlama!
    Sabaha saxlama!




    Milady

#23.10.2010 19:46 0 0 0