2010 qurban bayramı - qurban bayrami 2010 namaz vaxti - Baki qurban bayramı namaz saat kacta - qurban bayrami 2010 ne zaman - Azerbaycan'da Qurban Bayramı tetili kac gün - qurban bayrami 2010 - Qurban bayramı haqqında bilgi - qurban bayrami 2010 tarixi - qurban bayrami ne vaxtdir
Bu il qurban bayrami 16 noyabr 2010 Sali günü olacak
Bayramların mühüm hissəsini islamla bağlı bayramlar təşkil edir. Bütün müsəlmanların, o cümlədən azərbaycanlıların həyat və məişətinə daxil olan Qurban bayramı əziz bayram kimi ta qədim zamanlardan qeyd olunur. Qurban bayramı qurbanlıq heyvanın kəsildiyi bayramdır. Bu bayram bir ay müddətində davam edir. Müsəlmanlar bu təqvimə Məhəmməd Peyğəmbərin və onun tərəfdarlarının (mühacirlərinin) 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsindən sonra keçmiş və təqvimi Məhərrəm ayı ilə başlamışlar. Qurban bayramı Ay-Qəməri təqviminə əsasən keçirildiyindən hər il 10-12 gün geri çəkilir. Beləliklə bu bayram bütün fəsilləri, ayları dolaşır.
Bütün dünya xalqlarında qurbankəsmə adəti vardır: müxtəlif ruhlara, allahlara, müqəddəslərə, Tanrının bəşəriyyətə bəxş etdiyi əsas maddi nemətlərə qurban verərmişlər. Qədim türklər yerləri yaman, bədxah ruhlardan qorumaq. Ilahi varlıqlarla yaxınlıq etmək üçün qurban kəsərmişlər. Ən böyük qurban at olmuşdur. Heyvanlardan qurbanlıq kim erkək heyvanlar üstün sayılmış, dişi heyvanlar isə qurban kəsilməmişdir. "Avesta"-ya görə, atəşpərəstlər su mənbələrinin, çayları ilahiləşdirib onların şərəfinə qurbanlar verərəmişlər.
Bəzən də qurbanın meydana gəlməsi ölüləri ac qoymamaq, ruhların rəğbətinin qazanmaq, onları rəhmə gətirmək adəti və s. ilə əlaqələndirilir. Qobustanda qurban kəilən müqəddəs qurbangahlar aşkar olunub. Herodota görə, qurbanlar uca yerlərdə Göy, Günəş, Ay, Od, Su və Külək tanrılarına kəsilirdi. Strabon qurbanı təmiz və pak yerdə kəsdiyini, heyvanın ətinin dindarlara paylandığını, Tanrıya isə qurbanlığın ruhunun gərək olduğunu bildirir. Qədim Azərbaycanda insan qurbanı verilməsi adəti haqqında da Strabon məlumat verib. Bu məlumata əsasən, bir il müddətində xüsusi olaraq bəslənilən "müqəddəs qul" albanların müqəddəs Ay məbədindəki qurbangaha gətilir, bədəninə ətirli yağ sürtülür və digər qurbanlıq heyvanlarla birlikdə qurban verilirdi.
İslamda Qurban bayramı İbrahim peyğəmbərin adı ilə bağlıdır. O, allaha olan sədaqətini sübut etmək üçün oğlu İsmayılı qurban vermək istəyir. Bu zaman Allah Cəbrayıl vasitəsilə iki qoç göndərərək oğlunun yerinə onları kəsməyi İbrahimə əmr edir. Məhz buna görə, bu qurbana "İsmayıl qurbanı" da deyilir.
Bu müqəddəs bayram hazırda Azərbaycanda da ümumxalq bayramı kimi qeyd olunur və bayram günü qeyri-iş günü elan edilmişdir. Qurban bayramı günü imkanı olan hər bir müsəlman qurban kəsilməlidir. Ənənyə görə, qurbanlıq qoyun, keçi, dana və dəvədən ibarət ola bilər. Qurbanlıq dəvədirsə 5 illik, danadırsa 2 illik, qoyun və keçidirsə 1 illik olmalıdır. Dəvə və ya dananı yeddi ailə birləşib qurban kəsə bilər.
Qurban kəsiləcək heyvanı xarici əlamətlərinə görə başqalarından fərqlədirir, bayram ovqatı yaradılır, onun boğazından gözmuncuğu, bəzək elementləri kim rəngbərəng sap və ya ipdən hörülmüş qotaz asırlar, belinə xına yaxır, rəng vururlar. Hətta oğrular bu cür heyvana toxunmazdılar, onu oğurlamızılar.İnama görə, əks halda onlar Allahın qəzəbinə düçar olacaqlar.
Qurban bayramında nişanlı qızların adına oğlan evindən alnına, ayaqlarına xına qoyuluş, boynunua qırmızı parça bağlanmış, zınqırov asılmış qurbanlıq qoyun gedir. Bu bayramda da oğlan evindən qız evinə hədiyyələr, bəzəkli xonçalar göndərilir.
Qurban ayına 1-2 həftə qalmış qoun alıb həyətə buraxırdılar. Bayram günü bəslənib yemlənmiş. Kökəlmiş qoyunu həyətə çıxarıb, gözünə sürmə çəkər, sulayıb ağzına bir parça qənd verərdilər. Qurban duasının oxuduqdan sonra qoyunu kəsərdilər. Qurban aədtlərinə görə, kəsiləcək heyvan sağlam olmalıdır. Kök, şikəst, xəstə, buynuzu sınıq, quyruğu kəsik, dişi yox, arıq heyvanı qurban kəsmək olmaz. Heyvan kəsilərkən bədənində qan qalmamalıdır, axıb təmizlənməlidir. Tökülən qanın altına bir qab tutulur, həmin qab sonra torpağa basdırılır.
Qurbanlıq heyvan üzü qibləyə tərəf kəsilir. Üzü qibləyə kəsilməmiş heyvanın əti haram hesab olunur.Üzü qibləyə kəsilmiş heyvanın ətini yemək və paylamaq olar. Pay adətən daha çox fəqir-füqərəya, yoxsullara, əlsiz-ayaqsızlara verilir. Qurbanlıq ətdən qismən də ailənin bayram süfrəsi üçün də işlədirlər.
İnama görə, qurbanlıq heyvanın sümüklərini yığıb bir qaba qoyar və müqəddəs sayılan ağacdan asardılar. Xalq etiqadına görə, qurban verilən heyvanın sümüklərini qırmaz, köpəklərə verməzdilər, odda yandırıb torpağa basdırardılar.