Röya Ayxan oğlu Hüseyn - Röya Ayxan oğlu Hüseyn ad günü xeberi - Röya Ayxan oğlu Hüseyn resimleri
Müğənni Röya Ayxan dünən "Excelsior" otelində oğlu Hüseynin 1 yaşını qeyd edib.
Lent.az-ın məlumatına görə, gecədə müğənninin ən yaxın dostları və ailə üzvləri iştirak edib.
Səs-küylü, çal-çağırlı tədbirlərdən fərqli olan bu ad günündə qonaqlar xüsusi proqramları, maraqlı və müxtəlif janrlı rəqs nömrələrini izləyiblər, eyni zamanda özləri də rəqs ediblər. Ad günü şənliyinə xalq artisti Zülfiyyə Xanbabayeva, "Nero" rəqs qrupu, DJ Çina, ərəb rəqsləri, rəqqasə Oksananın hind rəqsi xüsusi zövq qatıb.
Yığıncağı Hüseynin kirvəsi şoumen Murad Dadaşov idarə edib.
Gecənin sənətçi qonaqları arasında bəstəkar Vaqif Gərayzadə, müğənnilər Elnarə, Zamiq, Sevda Yəhyayeva, reper Elşad Xose də olub.
Tədbirin ən maraqlı məqamlarından biri də Röyanın dostlarının əhatəsində qayınatası ilə maraqlı rəqs etməsi olub.
Ad günü mərasimi, təşkilati səviyyəsinə görə ilin ən yaddaqalan və maraqlı ad günü sayıla bilər.