Müğənnini doğum günündə aldatdılar

Son güncelleme: 30.10.2010 10:06

  • Teleaparıcı və müğənni Sevinc Ağaşirinova

    noimage

    Teleaparıcı və müğənni Sevinc Ağaşirinova dünən dostlarının əhatəsində doğum gününü qeyd edib.

    Lent.az-ın məlumatına görə, dostlarını doğum gününə dəvət edən müğənni əvvəlcə xoşagəlməz reaksiya ilə qarşılaşıb - hərə bir bəhanə gətirərək gecəyə qatıla bilməyəcəyini deyib. Ağaşirinova doğum gününü çox kiçik məclisdə qeyd etməyə qane olub.

    Amma az sonra doğum günü dostların zarafatı üzə çıxıb. Məlum olub ki, bu, Sevincə doğum günü "hədiyyəsi" imiş... Müğənni aldansa da nəticədən razı qalıb.

    Qeyd edək ki, ad günü tədbirində müğənni Röya Ayxan, Sevda Yəhyayeva, "Best model of Azerbaijan" Günay Musayeva, teleaparıcılar İlkin Həsəni, Samir Bayramov, prodüserlər Pərviz Əsgərov, Elnurə Mədətova və rejissor Aynurə Tahirqızı da iştirak edib.

    Nəzrin
#30.10.2010 10:06 0 0 0