Faiq Ağayəv - Sponsorlar arasında reytinqim qalxıb

Son güncelleme: 05.11.2010 14:17
  • Faiq Ağayəv xəbər
    noimage

    Azərbaycanın xalq artisti Faiq Ağayev Heydər Əliyev adına Sarayda konsert verəcək.

    Sənətçi Lent.az-a açıqlamasında deyib ki, artıq konsertin tarixini də müəyyənləşdirib: "Xəstəxanadan çıxan kimi Coşqun Və Rafaelin konsertinə getdim. Elə həmin gün Sarayın rəhbəri Fərhad müəllimlə görüşüb, tarixi müəyyənləşdirdim".

    F.Ağayev yaradıcılıq fəaliyyətində bir çox yenilikləri olduğunu da diqqətə çatdırıb: "Mənim cismim yaralıdır, iradəm yaralı deyil ki. Konsert olacaq. Sponsorlar arasında da reytinqim qalxıb. 4 mahnım hazırdır. Yaşar Baxışla işbirliyimiz var. Aktiv səhnə həyatından qalmamışam. Mən mahnı yazdıranda yaşayıram".

    Lalə
#05.11.2010 14:17 0 0 0