Tarixde Bugün - 6 Noyabr

Son güncelleme: 06.11.2010 20:28
  • Tarixde Bugün - 6 Noyabr Tarixi - Bugünün Tarixi
    6 noyabr. İlin sonuna 55 gün qalır.

    1494. Osmanlı hökmdarı Sultan Süleyman Qanuni anadan olub

    1860. Avraam Linkoln ABŞ-ın ilk respublikaçı prezidenti (say etibarilə 16-cı) seçilib

    1893. Rus bəstəkar Çaykovski vəfat edib

    1917. Finlandiya müstəqilliyini elan edib

    1917. Petroqradda Oktyabr hərbi çevrilişi baş verib (6-dan 7-nə keçən gecə, köhnə təqvimlə oktyabrın 24-dən 25-nə keçən gecə). Sovet tarixi bu hadisəni "Böyük Oktyabr Sosialist İnqilabı" adlandırıb

    1918. İngilis və fransız qoşunları Çanaqqala boğazına girib

    1923. DQMV I sovetlər qurultayı başlayıb

    1926. Efirdə ilk dəfə "Danışır Bakı" ifadəsi səslənib. Azərbaycanda radio yayımları başlayıb

    1941. Azərbaycanlı döyüşçü İ.Dadaşov Estoniyanın Rakvere şəhərində 1 gün ərzində 16 alman təyyarəsini aerodromda yandırıb

    1943. Azərbaycanlı komandir Xıdır Mustafayevin dəstəsi Ukraynanın Fastov şəhərini (Kiyev ətrafı) qəfil hücumla azad edib. Bu rəşadətinə görə ona 10 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adı verilib

    1944. ABŞ-da plutonium radioaktiv metalı sintez edilib

    1967. Bakı metropoliteninin 5 stansiyası - "Bakı Soveti" ("İçərişəhər"), "26 Bakı komissarı" ("Sahil"), "28 aprel" ("28 may"), "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları istismara verilib

    1974. Aktrisa Fatimə İbrahimbəyova anadan olub

    1974. Şair İslam Səfərli vəfat edib

    1983. Türkiyədə hərbi çevrilişdən sonra (1980) ilk dəfə parlament seçkiləri keçirilib

    1991. Küveytdə İraq ordusunun yandırdığı son neft mədəni söndürülüb. İndi bu tarix Küveytdə milli bayram kimi qeyd olunur

    1996. Azərbaycan Respublikası Bəhreyn ilə diplomatik əlaqələr qurub

    2005. 25 illik fasilədən sonra Tehran-Bağdad hava xətti açılıb.

    2007. Amerikalı alim Feliks Sertsvadze ermənilərin Xocalı faciəsi qurbanlarının fotolarını 1915-ci il hadisələrinə "sübut" kimi təqdim etdiyini isbatlayıb

    2009. Yazıçı Qılman İlkin vəfat edib.
#06.11.2010 20:28 0 0 0