Bu il "Best model of Azebaijan-2010" müsabiqəsinin qalibi olan model Günay Musayeva Türkiyədə aparıcılıq edəcək.
Bu barədə model özü Lent.az-a açıqlama verib: "Hazırda Praqada səfərdəyəm, bu həftə Türkiyəyə qayıdıram. Dekabrın 11-də "Best model of the World" müsabiqəsinə qatılacağam".
Model müsabiqədən əvvəl Türkiyədə kanalların birində teleaparıcı kimi fəaliyyətə başlayacağını deyib: "Müsabiqədən öncə dekabrın 1-dən Türkiyə telekanallarının birində "Moda Maqazin" adlı verilişdə aparıcı kimi də görünəcəyəm".
Günay Musayeva onu da əlavə edib ki, proqram həftənin bazar günlərində bir saat boyunca yayımlanmalıdır.