Tarixde Bugün - 10 Noyabr

Son güncelleme: 10.11.2010 00:24
  • Tarixde Bugün - 10 Noyabr Tarixi - Bugünün Tarixi
    10 noyabr. İlin sonuna 51 gün qalır.


    1444. Varna yaxınlığındakı döyüşdə səlibçilər türk qoşunlarına məğlub olub

    1918. Bakını tərk edən türk komandanı Nuru paşa ilə vida mərasimi keçirilib, türk qoşunu təntənəli surətdə yola salınıb

    1920. Stalin Bakıdan Moskvaya qayıdarkən özü ilə eyni qatarda Məmməd Əmin Rəsulzadəni də aparıb

    1928. Hirohito Yaponiyanın imperatoru seçilib

    1938. İtaliyada antisemit qanun qəbul edilib

    1938. Türkiyənin qurucusu Mustafa Kamal Atatürk vəfat edib

    1951. Fransa, İngiltərə, ABŞ və Türkiyə "Yaxın Şərqdə təhlükəsizlik Proqramı"nı qəbul edib

    1959. BMT Cənubi Afrikada aparteidi pisləyib

    1975. Anqola müstəqilliyini elan edib

    1982. Sovet lideri Leonid Brejnev vəfat edib

    1983. Microsoft şirkəti "Windows 1.0" əməliyyat sistemini təqdim edib

    1989. Bolqar kommunist partiyasının rəhbəri Todor Jivkov vəzifəsindən uzaqlaşdırılıb

    1994. İraq Küveytin müstəqilliyini tanıyıb

    1994. Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluğunu bildirən 1047 saylı qətnaməni qəbul edib

    1995. Azərbaycan Respublikası Niger ilə diplomatik əlaqələr qurub

    1995. Azərbaycan Dövlət Neft Şirkəti Lukoil (Rusiya), Penzoil (ABŞ) və Agip (İtaliya) birgə müəssisə - Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti təsis edib

    2000. Lenin Mavzoleyini ziyarət etmək qadağan edilib

    2001. Bakıda Dünya azərbaycanlılarının I qurultayı başa çatıb

    2005. "Boeing 777" təyyarəsi ilə dünyada ən uzun kommersiya uçuşu həyata keçirilib. London - Honq Konq marşrutu ilə (21596 km) ilə uçuş 22 saat 45 dəqiqə çəkib

    2009. Prezidentlərin iştirakı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib

    2009. Prezident İlham Əliyev İKT-nin baş katibi Ekmaleddin İhsanoğlunu qəbul edib
#10.11.2010 00:24 0 0 0