Seyran Bakıda konsert verəcək

Son güncelleme: 10.11.2010 00:49
  • Seyran İsmayılxanov - Bakı Konserti
    noimage

    Artıq uzun illərdir Avropada yaşayan və səhnə fəaliyyətini orada davam etdirən Seyran İsmayılxanov Bakıda konsert verəcək. Mix.az-ın verdiyi məlumata görə, bu onun Bakıdakı ilk konsertidir və şou-proqram Noyabr ayının 14-də, saat 19:00-da "METKARTING İdman və Əyləncə Mərkəzi"ndə keçiriləcək.

    Şou proqram "Musiqi və Səhnə mənim nəfəsimdir" deyə adlandırılıb. Bu konsert sırf "Eurovision" namizədliyi üçün promo xarakteri daşıyır. Şou-proqrama giriş isə çox ucuzdur. Qiymətlər 10 AZN, VIP yerlər isə 20 AZN-dir.

    Verilən məlumata görə biletləri 055 211 25 05 nömrəsinə zəng edərək əldə etmək mümkün olacaq.
    Şouda həmçinin Emma Ələkbərzadə, Elza Seyidcahan, Ramal İsrafilov, Milk & Kisses (Eurovision), Adil Baxışlı, Next qrupu, MC Orxan, DaDo iştirak edəcəklər. Öz həyəcanlı proqramı ilə DJ's Chin@'s & DJ Dark və Show-Ballet "NERO" qonaqlara unudulmaz gecə yaşadılacağı söz verilir.

    Bundan başqa, həmçinin qonaqlara öz fotosessiyalarını etmək imanı veriləcək. Belə ki, peşəkar fotoqraflar "Origraphy" Orxan Məmmədov, Toğrul Məmmədov, Vüsal Mustafayev, Ülvi Daşdəmirli, Həbib Səmədov qonaqların ixtiyarında olacaqlar.

    Xatırladaq ki, Seyran İsmayılxanov "Eurovision"da Azərbaycanı təmsil etmək üçün namizədlərdən biridir.
#10.11.2010 00:49 0 0 0